Filippində “Hayyan” qasırğasının qurbanlarının sayı 1744 nəfər təşkil edir. Bu barədə “Associated Press” agentliyi məlumat verir.
Təbii fəlakət nəticəsində 2487 nəfər zərər çəkib.
Fəlakət qurbanlarının sayı əhəmiyyətli dərəcədə arta bilər: ilkin məlumatlara görə, ölənlərin sayı 10 min nəfəri, itkin düşənlərin sayı 2 min nəfəri ötür.
Küləyin sürəti saatda 315 km-ə çatan qasırğa nəticəsində Filippinin mərkəzi rayonlarına çox böyük ziyan dəyib.
BMT və UNİSEF, həmçinin Rusiya, ABŞ, Yaponiya, Böyük Britaniya, Avstraliya və Avropa Komissiyası Filippinə yardım edir.
Pentaqon fəlakətin nəticələrinin aradan qaldırılmasında köməklik göstərmək üçün “Corc Vaşinqton” təyyarə gəmisinə və digər gəmilərə Filippin sahillərinə getməyi əmr edib.
Qərb mətbuatının məlumatına əsasən, əgər qasırğa qurbanlarının sayı 10 min nəfəri keçsə, “Hayyan” Filippində bu günə qədər baş vermiş ən dağıdıcı qasırğa hesab olunacaq.
Bu arada cənubdan şimal-qərb istiqamətində hərəkət edən “Zorayda” tropik fırtınasının da bu yaxınlarda Filippinə yaxınlaşacağı bildirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət