Bu günlərdə Bakıda keçirilmiş Müəllimlərin XIV qurultayı bir çox parametrlərinə görə Azərbaycanın pedaqoji ictimaiyyətinin həyatında əlamətdar hadisə oldu. Forumda müzakirələrin konstruktiv məcrası, səsləndirilən ideya və təkliflər yerli məktəblərin ölkənin innovativ inkişaf prosesinə qoşulma səylərini bariz şəkildə nümayiş etdirdi.
Bu forumda Prezident Administrasiyası nümayəndələrinin, Milli Məclisin deputatlarının, ali məktəb rektorları və müəllimlərinin, Elmlər Akademiyasının tədqiqat institutlarının elmi işçilərinin, profilli QHT-lərin ekspertlərinin iştirakı tədbirin eksklüzivliyindən xəbər verirdi.
Daha bir məqam qurultaya xüsusi önəm verirdi. Tədbir yaxın və orta müddətli perspektvdə ölkədə təhsil sisteminin əsas inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul edildikdən az sonra keçirildi. Bu baxımdan təhsil naziri Mikayıl Cabbarovun məruzəsi əsas vəzifələrin öz əksini tapdığı proqram sənədidir. Ümumtəhsil məktəblərində hansı dəyişikliklər gözlənilir, onların mahiyyəti nədən ibarətdir?
2014/2015-ci tədris ilindən Azərbaycanda 12 illik təhsil sisteminə keçid başlayacaq. Bunun üçün mərhələli tədbirlər planı hazırlanacaq və eksperimental işlərin aparılması üçün müəyyən pilot məktəblər müəyyən olunacaq. 12 illik təhsil üzrə dünya praktikası dərs yükü və təhsilin baza məzmunu baxımından müsbət tendensiyaların olduğunu göstərdi.
Belə ki, məktəbəqədər təhsil natamam dərs günü şəklində verilir, təhsil proqramları icbari təhsildən öncə gələn sonuncu il ərzində genişləndirilir, beşgünlük tədris həftəsi və ibtidai məktəb şagirdlərinin nailiyyətlərinin xarici qiymətləndirilməsinin təşkili nəzərdə tutulur.
Orta təhsilin yeni modeli profilli məktəbin tətbiqini nəzərdə tutur ki, müəllimlər də son illər bunda israr edirlər. Burada müvafiq dərsliklərin hazırlanmasından tutmuş profilli təhsilin təşkilinə qədər bir çox problemləri həll etmək lazımdır. Orta məktəblərin fəaliyyətinin təkmilləşdirilməsi savadlı şəkildə həyata keçirilməlidir.
Eyni zamanda yeni nəsil dərsliklər hazırlanmalıdır. Artıq bu istiqamətdə işlərə başlanılıb. Təhsil Nazirliyi ali məktəblərin rektorları və universitet müəllimlərinin müasir dərsliklərin yazılması işinə cəlb edilməsi ilə əlaqədar danışıqlar aparır. Bundan başqa, elektron “Dərslik portalı” fəaliyyətə başlayıb ki, müəlliflərin fikrincə, bu, dərsliklərin yaradılması üçün peşəkar komandanın formalaşdırılmasına yönəldilib.
Şübhə yoxdur ki, modernləşdirmə prosesində əsas sima müəllim olub və olmaqda davam edir. Bu gün pedaqoji ictimaiyyət müəllim peşəsinin nüfuzunun aşağı olmasından və gənc kadrların məktəbdən uzaqlaşmasından narahatdır. Problemin kökündə əmək haqqının aşağı olması dayanır. Lakin bu sahədə də müsbət dəyişikliklər gözlənilir. Belə ki, attestasiyanın aparılması nəzərdə tutulub və bunun nəticəsində müəllimlərə diferensial əmək haqqı veriləcək.
Müəllimlik peşəsinə istedadlı gənclərin cəlb edilməsi üçün maddi stimul verən yeni mexanizmlərdən istifadə olunacaq. Bəzi məlumatlara görə, Maliyyə Nazirliyi müəllimlərin əmək haqqının artırılması üçün öz modelini hazırlayır, bunun üçün ümumtəhsil məktəblərində pedaqoji heyətin optimallaşdırılması təklif olunur.
Respublikanın bölgələrində xroniki müəllim çatışmazlığı fonunda paytaxtada pedaqoji kadr sıxlığı bu problemə yalnız maliyyə deyil, həm də mənəvi nöqteyi-nəzərdən yanaşma tələb edir. Yeni şərtlər pedaqoji təhsilin müasirləşdirilməsi, gələcəkdə onun səmərəliliyinin artırılması üçün konkret mexanizmlərin müəyyənləşdirilməsi üzrə tapşırıqlar qoyur. Söhbət, ilk növbədə pedaqoji profilli ali məktəblərdə sistemin yenidən qurulmasından gedir. Bu gün ölkənin bölgələrində Azərbaycan Müəllimlər İnstitutunun onlarla filialı, eləcə də yerli dövlət universitetlərinin bu profilli fakültələri fəaliyyət göstərir. Pedaqoji ali məktəblərin sayının azaldılacağı tamamilə realdır. Qurultayda qeyd edildiyi kimi, hazırda pedaqoji ali məktəblərin məzunlarının sayı müəllimə olan tələbatdan təxminən iki dəfə çoxdur. Bununla yanaşı, profilli universitetlərdə gələcək müəllimlər üçün yeni proqramlar tətbiq olunacaq.
Ali təhsil sistemində islahat strategiyasında əsas məqam Azərbaycanda elit ali məktəblərin yaradılması olacaq. Belə praktika Avropa ölkələrində çoxdan mövcuddur. Ali məktəblər milli və adi status daşıyacaqlar. Milli universitetlər ən yüksək keçid balı müəyyən edəcək və ora yalnız istedadlı tələbələr qəbul olunacaq.
Milli universitetlərdə pullu bölmələr olmayacaq, abituriyentlər dövlət üçün prioritet təşkil edən ixtisaslar üzrə təhsil alacaqlar. Gələn ildən ali təhsil məktəblərində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət “SABAH” qruplarının yaradılması üçün seçim aparılması nəzərdə tutulub. Bu yeniliyin məqsədi xüsusi istedadı və təhsildə yüksək göstəriciləri ilə fərqlənən tələbələrin təhsil alması üçün uyğun şəraitin yaradılmasıdır.
Təhsil üzrə ekspert, pedaqoji elmlər namizədi İlham Əhmədovun fikrincə, milli təhsil sisteminin təkmilləşdirilməsi yerlərdə peşəkarların və mütəxəssislərin tutacağı fəal mövqedən asılıdır. Buna görə də bu və ya digər istiqamətdə konkret fəaliyyət planı hazırlanarkən layihələrin reallaşdırılması və tapşırıqların icrasına nəzarət mexanizmləri olmalıdır.
“Ümumi təhsilin inkişaf vektoru politexnik istiqamət almalıdır. Müasir təhsildə innovasiya texnologiyalarına yiyələnmə, gənclərin həyata və əməyə hazırlanması prioritet təşkil etməlidir. Bütün ölkə vətəndaşları, ailə və valideyn birlikləri, dövlət hakimiyyəti institutları, yerli özünüidarəetmə orqanları, peşəkar pedaqoji birlik, elmi, mədəni, kommersiya və ictimai institutlar təhsil siyasətinin fəal subyektləri olmalıdırlar”,- deyə İ. Əhmədov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət