Azərbaycanda məktəb menecmenti üzrə treninqlərə start verilib. Bu treninqlərdə məktəb direktorları ilə yanaşı, gələcəkdə ümumi təhsil müəssisəsinin rəhbəri vəzifəsinə iddiaçı olan müəllimlər də iştirak edirlər. Bu tədbir formatına və məzmununa görə bundan əvvəl təhsil sahəsində təşkil edilmiş kurslardan fərqlənir. Buna görə də Təhsil Nazirliyində bu treninqlərin təşkilinə və keçirilməsinə xüsusi diqqət ayrılıb.
Təhsil Nazirliyinin təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bildirib ki, iştirakçıların seçimi müsabiqə əsasında bir neçə mərhələdə keçirilib. Onların qarşısında qoyulan əsas tələblər ali pedaqoji təhsilin və 5 illik iş stajının olmasıdır. Birinci mərhələdə elektron müraciətlər öyrənilib və namizədlərin təqdim etdyi sənədlər rəsmiləşdirilib. İkinci mərhələdə test vasitəsi ilə onların Azərbaycan dili bilikləri və məntiqi təfəkkür qabiliyyətləri qiymətləndirilib. Daha sonra hər iki mərhələdən uğurla keçmiş namizədlər müsahibəyə buraxılıb ki, bu zaman onların niqt mədəniyyəti, ünsiyyət, bu və ya digər iş üzrə qərar qəbul etmək bacarığı qiymətləndirilib. Nəticədə müsabiqədə iştirak etmiş 500-dən çox iddiaçıdan 50 nəfər treninqlərdə iştirak etmək hüququ qazanıb.
Bu pilot layihə Qafqaz Universiteti tərəfindən reallaşdırılır. Məşğələlər də bu universitetin müəllimləri tərəfindən keçirilir. Bunun üçün xüsusi proqram hazırlanıb. İndiki mərhələdə treninqlər Bakı məktəblərinin direktorları üçün nəzərdə tutulub. Treninqlərin əsas məqsədi məktəb kimi mürəkkəb bir strukturu idarə etmək, pedaqoji, təşkilati, təsərrüfat problemlərini həll etmək qabiliyyətinə malik müasir məktəb menecerləri komandasının hazırlanmasıdır. Xarici praktika göstərir ki, müasir məktəb direktoru – ilk növbədə, özü üçün deyil, kollektiv üçün və kollektivin mənafeyi naminə çalışan menecerdir.
“Treninqlər “Səmərəli məktəb”, “Tədris planı və rəhbərlik”, “Şagirdlər və rəhbərlik” “Müəllimlər və rəhbərlik”, “Maliyyə və mühasibatın əsasları”, “Məlumatın toplanması və təhlili”, “Hesabatların hazırlanması və məktəbə rəhbərliyin hüquqi əsasları” mövzuları üzrə keçirilir. Müxtəlif modullar üzrə treninqlər üç ay davam edəcək və bu ilin aprel ayının sonunadək başa çatacaq. Kurslar başa çatdıqdan sonra iştirakçılar imtahan verməli və sertifikat almalıdırlar. Bu cür treninqlərə ölkə regionlarından da məktəb direktorları cəlb olunacaqlar. Yeri gəlmişkən, gələcəkdə sertifikat almış iştirakçıların təhsil müəssisələrində müxtəlif pilot layihələrin reallaşdırılmasına cəlb edilməsi planlaşdırılır. Xüsusilə söhbət məktəblərin adambaşına maliyyələşdirilməsi, məktəb icmalarının təşkili və sairədən gedir”, - deyə E.Əmrullayev qeyd edib.
Onun sözlərinə görə, gələcəkdə pedaqoji təhsili və stajı olmayan, lakin idarəetmə və menecerlik sahəsində bacarığa malik adamların da treniqlərə cəlb edilməsi mümkündür. “Yaxşı müəllim məktəb direktoru olmalıdır” kimi köhnəlmiş prinsipdən əl çəkmək vaxtıdır. Praktika göstərir ki, bu, hər zaman alınmır. Yaxşı müəllim və yaxşı menecer arasında fərq var. Təşəbbüskar, təşikilatçılıq və özəl sektordan məktəb fəaliyyətinə tərəfdaşlar, cəlb etmək qabiliyyətinə malik, layihələrin reallaşdırılması üçün donorlar cəlb edə bilən şəxs məktəbə rəhbərlik edə bilər.
Məktəb direktorlarına qarşı tələblər dəyişib. Bu baxımdan Təhsil Nazirliyi orta məktəb müəllimlərinin qiymətləndirilməsi üçün peşəkar standartlar hazırlamaq niyyətindədir. Axı gələcəkdə məktəb menecerlərinin səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.
Bu yaxınlarda Bakıda keçirilmiş Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) iclasında təhsil naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi, məktəblərdə təhsilin keyfiyyətinin artırılması və təhsil sahəsinin inkişafına dair Dövlət Strategiyasında əks olunan məsələlərin həll edilməsi üçün milli təhsil sisteminin 4500 peşəkar menecerə ehtiyacı var.
“Bu gün müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bacarıqlarının artırılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, onların effektiv maliyyələşdirilməsi və idarə edilməsi ilə bağlı məsələlərin həlli nazirliyin fəaliyyətinin prioritet istiqamətləridir. Bunun üçün isə sözsüz ki, bu sahəni keyfiyyətcə yeni səviyyədə müasirləşdirməyə qadir olan yeni kadrlar lazımdır. Bundan əlavə, valideynlərin məktəb prosesində və məktəbin idarə edilməsində fəal iştirakına dair konkret plan var”, - deyə M.Cabbarov bildirib.
Beləliklə, ölkənin ümumtəhsil müəssisələrində peşəkar menecerlər heyətinin formalaşdırılması prosesi başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət