Bəşəriyyət əsrlərdən bəri, deyərdim ki, olduqca çoxlu sayda müharibənin şahidi olub. Lakin onların ən qanlısı İkinci Dünya müharibəsi olub ki, keçmiş SSRİ-də anadan olan bizlər üçün bu, Böyük Vətən müharibəsidir. Alman faşizminin başladığı bu müharibənin məqsədi həm də dünyada ilk sosialist dövlətin məhv edilməsi yolu ilə alman millətinin dünyada hökmranlığının qurulması idi. Orta məktəb dərsliklərindən bizə məlumdur ki, dörd il davam edən Böyük Vətən müharibəsi 26 milyondan artıq insanın həyatına son qoyub və bir neçə dövrə bölünür.
Tarixə, Vətən müharibəsinin qanlı döyüşlərinin baş verdiyi günlərə qısa ekskursiya etmək yerinə düşər. Tarixçilər, hərbi ekspertlər, veteranlar və şahidlər Kursk qövsündəki döyüşü bu müharibənin parlaq döyüşlərindən birini adlandırırlar. Tarixdən məlum olur ki, bu döyüş müharibə zamanı dönüş nöqtəsi olmaqla yanaşı, amansızlığı və səbatına görə bəşəriyyətin quru döyüşləri sırasında tayı-bərabəri yoxdur.
SSRİ ərazisinə zorla girdikdən bir neçə ay sonra 31 oktyabr 1941-ci il tarixində alman hərbi hissələri Kursk şəhərinin şimal sərhədinə yaxınlaşdılar. Noyabrın 1-də isə şəhər uğrunda döyüşlər başladı. Tarixdən məlum olduğu kimi, döyüşlər amansız olub. Lakin Qızıl Ordu döyüşçülərinin nümayiş etdirdiyi qəhrəmanlıq və əzmə baxmayaraq, şəhər 1941-ci il noyabrın 3-nə keçən gecə faşistlər tərəfindən zəbt edilib. Amma bu, əsas Kursk döyüşü deyildi. Alman komandanlığının başlamağı planlaşdırdığı “Sitadel” əməliyyatı və ardınca Qızıl Ordu qüvvələrinin əks-hücumu hələ irəlidə idi.
Kursk qövsündəki döyüş 1943-cü il iyulun 5-də alman qoşunlarının hücumundan başladı. Qızıl Ordu bir həftə sürən müdafiə xarakterli gərgin döyüşlərdən sonra düşmənin hücumunun qarşısını almağa müvəffəq oldu. Kursk qövsündəki döyüş 50 gün, 1943-cü il avqustun 23-nə kimi davam edib. Qeyd etmək lazımdır ki, Kursk döyüşü zamanı hərb tarixinin ən iri tank döyüşü baş verib. Həmin döyüş iyulun 12-də olub. Həmin gün Sovet Ordusu qalibiyyətli əks-hücuma keçib və Vermaxt tərəfindən hazırlanan hücum strategiyası qəti surətdə iflasa uğrayıb.
Məlumat üçün qeyd edim ki, bu döyüşə 4 milyondan artıq insan, 69 mindən artıq top və minaatan, 13 mindən artıq tank və özüyeriyən top və 12 minədək döyüş təyyarəsi cəlb olunmuşdu.
Lakin gəlin gündəlik həyatımıza qayıdaq. Bu günlərdə Kursk şəhərində “Birliklə əldə olunan Böyük Qələbə” adlı IV Beynəlxalq tarixi-mədəni forum keçirilib. “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin müxbirinin də iştirak etdiyi tədbir Ukrayna və Belarusun faşist işğalçılarından azad edilməsinə həsr olunmuşdu. Tədbir “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə” memorialın ziyarətindən başladı. Memorial döyüşlərdə igidcəsinə həlak olmuş, o cümlədən Kursk hospitallarında dünyasını dəyişmiş döyüşçülərin dəfn olunduğu keçmiş qəbiristanlıqların yerində qurulub. Kompleksin ərazisində qəbirlərin kurqanları və abidələr yerləşir. Yeri gəlmişkən, “Kursk” atom sualtı qayığının həlak olan hərbi qulluqçularına abidə həmin memorialda ucaldılıb.
Torpağın hər qarşında mərdlik, dözüm və qəhrəmanlıq nümayiş etdirən sovet döyüşçülərinin qanının töküldüyü Kursk qövsündə qazanılan Böyük qələbədən 70 il sonra tərkibinə Böyük Vətən müharibəsinin iki veteranının da daxil olduğu Azərbaycanın nümayəndə heyəti Şöhrət abidəsi qarşısında əbədi məşəlin qarşısına əklil qoyaraq silahdaşlarının xatirəsəni yad edib.
Memorialı ziyarət etdikdən sonra tədbirin rəsmi hissəsi başladı. Tədbirdə Rusiya Federasiyası prezidentinin Xarici Ölkələrlə Regionlararası və Mədəni
Əlaqələr İdarəsinin rəisi Vladimir Çernov prezident Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu oxudu.
“Bu forum Ukrayna və Belarusun faşist işğalçılarından azad edilməsinin 70 illiyinə həsr olunub. Kiyev, Minsk, Dnepr və Berezina uğrunda döyüşlərdə müxtəlif millətlərin nümayəndələri igidliklə, çiyin-çiyinə döyüşüblər. Baba və atalarımızın fədakarlığı hər zaman bizim üçün şücaət, mənəvi əzəmət, cəbhə qardaşlığı, gələcək nəsillər qarşısında böyük məsuliyyət nümunəsi olacaq. Bizim ümumi borcumuz – ötən müharibə haqqında həqiqəti qorumaq, tarixi yenidən yazmaq cəhdlərinə qəti surətdə qarşı durmaqdan ibarətdir. Bu, dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətin rəhnidir”, - deyə V.Putinin məktubunda qeyd olunurdu.
Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovarov çıxışında tarixin xalqa qarşı siyasi məqsədlər, xalqlar arasında düşmənçiliyin qızışdırılması cəhdləri və faşizmin təbliğatında istifadə oluna biləcəyindən narahatlıq ifadə edib. O, xüsusilə vurğulayıb ki, bizim günlərdə vətəni alman-faşist işğalçılarından azad edərək adlarını tarixin səhifələrinə yazmış cəsur döyüşçülərin abidələrinə hücum prosesi müşahidə edilir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının üzvü Georgi Zapletin da forum iştirakçıları qarşısında çıxış edib.
O, xüsusi olaraq qeyd edib ki, son zamanlar Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırılması faktları müşahidə olunur. G.Zapletin, həmçinin vurğulayb ki, faşizm üzərində qələbəyə öz töhfəsini vermiş keçmiş SSRİ respublikalarının, o cümlədən Azərbaycanın rolu bir qədər azaldılır. Bununla əlaqədar o, yuxarı sinif şagirdləri üçün dərsliyin - Böyük Vətən müharibəsininn ayrıca kursunun yaradılması təklifı ilə çıxış edib.
G.Zapletinin təklifi keçmiş İttifaq respublikalarının hər biri tərəfindən Böyük Qələbənin əldə olunmasına onların verdiyi töhfə barədə məlumatın təqdim olunması, sonradan toplanan bütün materialların ümumi redaksiya kollegiyasında dərsliyə daxil edilməsinndən ibarətdir.
Forum iştirakçılarının böyük əksəriyyəti Azərbaycan nümayəndəsinin təklifi ilə razılaşıb.
Sovet xalqının Böyük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi qəhrəmanlığı haqqında veteranların, həmçinin nisbətən gənc nəslin nümayəndlərinin çıxışını dinləyərkən mən Kursk qövsündə döyüşlərdə iştirak etmiş iki babamın hekayələrini xatırladım. Onlar bu döyüşlərin Vətənin azad edilməsi uğrunda aparıldığını qeyd etməyi sevirdilər.
Kursk torpağında, hərbi şərəf şəhərində olarkən, Memorialı ziyarət edərkən və həmin döyüşün strateji əhəmiyyətini dərk edərkən, mən bu böyük qələbənin Sovet xalqı üçün vacibliyini daha da artıq anlayırdım. Bununla yanaşı, mən azad edilməsində hər iki babamın da iştirak etdiyi bu torpaqda olmaqdan fəxr hissi duyurdum.
Forumun təşkilatçılarından olan “Avrasiya Araşdırmalar İnstitutu” İnkişaf Fonduna xüsusi minnətdarlığımı bildirirəm. Bu fondun rəhbərliyinin köməyi ilə əcdadlarımızın işğaldan azad etdikləri həmin yerləri görmək mənə nəsib oldu.
P.S. Materialı bitirərkən həmvətənlərimə - Azərbaycan vətəndaşlarına müraciət etmək istərdim. Dostlar, qardaşlar, mən əcdadlarımın son günə kimi Vətən hesab etdikləri ərazilərin faşist işğalından azad edilməsində rolunu qısaca olaraq qeyd etdim. Bu gün ölkəmiz mühüm hissəsi işğal altında olan suveren respublikadır. Biz, onun vətəndaşları nəvə və nəticələrimizin bizi hansı hisslərlə xatırlayacaqları barədə düşünməliyik.
Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət