İran prezidenti Həsən Ruhani Yaxın Şərq dövlətlərini “İslam dövləti” (İŞİD) terrorçu qruplaşmasına qarşı mübarizədə birləşməyə çağırıb. Bu barədə çərşənbə günü İranın İRNA informasiya agentliyi məlumat yayıb.
“Region ölkələri terrorçuluğun kökünü kəsmək üçün ona qarşı əlaqələndirilmiş və birləşdirilmiş səylərlə mübarizə aparmalıdırlar”, - deyə prezident Tehranda İraqın baş naziri Hayder əl-Abadi ilə görüşdə bildirib.
İraq hökumətinin rəhbəri İranda birgünlük səfərdə olub.
“Şübhəmiz yoxdur ki, İran və İraq arasında dostluq münasibətlərinin inkişafı hər iki ölkənin maraqlarına xidmət edəcək və regional maraqlara cavab verəcək”, - deyə H.Ruhani bildirib.
O qeyd edib ki, Tehran ilk gündən Bağdadı dəstəkləyib və sona qədər bu mövqedə olacaq.
Hayder əl-Abadi bildirib ki, terrorçuluq bütün region üçün təhlükədir və biz əminik ki, İran bizim tərəfimizdə olacaq”.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İraqın baş naziri ilə görüşdə deyib: “Radikal islamçı terrorçulara qarşı yorulmaz mübarizə hazırda İran-İraq əməkdaşlığının əsas prioritetini təşkil edir”.
O bildirib ki, “İraqda sabitlik və təhlükəsizliyin bərpa edilməsi işinə töhfə verilməsi, terrorçuluğa qarşı mübarizənin aparılması təcrübəsinin ötürülməsi İranın bu məsələyə başlıca yanaşmasıdır”.
“İki ölkə arasında sıx əməkdaşlığın davam etdirilməsi strateji imkanların möhkəmləndirilməsinə yönəldilib ki, bu da onların əsas maraqlarına cavab verir və bu gün olduqca vacibdir”, - deyə iranlı siyasətçi əlavə edib.
İran İŞİD-lə mübarizədə İraqa hərbi kömək etmiş ilk dövlətlərdən biridir. Lakin Vaşinqtonun məqsədinin məhz terrorçuluqla mübarizə aparmaq olduğuna şübhə ilə yanaşan Tehran ABŞ-ın formalaşdırdığı beynəlxalq koalisiyada iştirak etmir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət