Ermənistan müxtəlif inteqrasiya prosesləri arasında qarşılıqlı münasibətlər üçün yollar axtarmaq niyyətindədir. Bunu Ermənistan prezidenti Serj Sarqsyan çərşənbə axşamı İrəvanda “Avronest” Parlament Assambleyasının plenar iclasında çıxışı zamanı bildirib.
“Hesab edirik ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini bütün mümkün şərtlər nəzərə alınmaqla Avropa İttifaqının hərtərəfli gündəliyi ilə uyğunlaşdıra bilərik.
Üstəlik, biz təmas nöqtələri tapmağa cəhd edirik və müxtəlif inteqrasiya layihələri arasında sıx əlaqələr qurmaq yolu ilə əməkdaşlıq və dialoqa kömək etmək istəyirik”, - deyə S.Sarqsyan bildirib.
O söyləyib ki, Ermənistan məhkəmə sistemninin və demokratik institutların yaxşılaşdırılması, insan hüquqlarının və qanunun aliliyinin stimullaşdırılması, səmərəli idarəçilik, korrupsiya ilə mübarizə, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, ticarət və investisiyaların genişləndirilməsi üçün biznes-mühitin təkmilləşdirilməsi məqsədilə Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
“Həmçinin Avropa parlamantarilərinin Ermənistan vətəndaşlarının Aİ-yə vizasız səfərlər etməsi üzrə danışıqlara kömək etməsini də gözləyirik”, - deyə Ermənistan prezidenti bildirib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət