İsrail dövlət televiziyasının 1-ci kanalında “Qarabağ şikəstəsi” muğamından bir parça səsləndiyi anda göz yaşlarım yanaqlarımdan süzülməyə başladı… Mənzərələrini gördüyümə və doğma muğamı eşitdiyimə görə Vətən mənə elə yaxın göründü ki. Və mən azərbaycanlıların bu fani dünyada hökm sürən ədalətsizliyin səbəb olduğu ümidsizlikdən yaranan dözülməz əzablarının kölgə saldığı xoşbəxtlik hissini duydum…
Bütün dünyada insanlar Dağlıq Qarabağ münaqişəsinin kökləri, Xocalı soyqırımı, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin torpaqlarını və evlərini zəbt etmək məqsədilə onları xüsusi amansızlıqla qətlə yetirmiş eməni millətçilərin cinayətləri barədə həqiqətləri tədricən, lakin düzgün şəkildə öyrənəcəklər.
Aleksandr Brokasın “Sonsuz dəhliz” filminin nümayişi sözsüz ki, İsrail televiziyasının informasiya məkanında irəliləyişdir.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının bu filmi Xocalı hadisələrinə həsr olunmuş tədbirlərdə dəfələrlə nümayiş etdirməsinə baxmayaraq, filmin əsas telekanalda nümayiş olunmasını şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin artıq bir neçə onillik ərzində erməni təbliğatının bütün kanallar və kütləvi informasiya vasitələrində əmin addımlarla irəlilədiyi İsrail dövlətinin informasiya məkanına nüfuz etməsi kimi qiymətləndirmək olar.
Bəzən anlaşılmama, cəmiyyətin “digər həqiqəti” öyrənmək istəməməsi ilə qarşılaşanda çarəsiz qalırsan, çünki insanların əksəriyyətinin süuru ermənilərin on illər ərzində onların “beyinlərinə yeritdikləri” informasiya ilə doludur. Məhz bu səbəbdən “Sonsuz dəhliz” filminin nümayişi İsrailin informasiya dünyasında hadisəyə çevrildi.
İsrail əhalisinin hansısa hissəsinin Dağlıq Qarabağdakı uydurma deyil, həqiqi vəziyyəti anlayacağına, eləcə də ermənilərin iç üzü, onların yalançı, qəddar və şərəfsiz olmasına dair yeni baxışların formalaşacağı ilə bağlı qeyri-müəyyən də olsa, ümid yarandı. Ola bilsin ki, kimsə bütün dünyada ermənilərin yalan təbliğatı ilə məharətlə tətbiq edilən, yalan üzərində mükəmməl şəkildə və məkrlə qurulmuş və hiyləgərcəsinə təqdim olunan informasiyanın doğurduğu hisslərin təsiri altında dövlət səviyyəsində qərarlar qəbul etməyə çalışan hökumət üzvləri və digər dövlət məmurlarının, habelə jurnalistlərin, siyasətçilərin və tarixçilərin bu insanlar tərəfindən onilliklər ərzində necə aldadılması üzərində düşünməyə başlayacaq. Bu, həm 1915-ci ildə ermənilərin qondarma soyqırımına, həm də Azərbaycanda baş vermiş hadisələrə aiddir ki, bu məsələdə ermənilər qədim Azərbaycan ərazilərini işğal edərək bunu “torpaqlarının azad olunması uğrunda mübarizə” kimi qələmə verməklə həyasızlığın yüksək səviyyəsinə çatıblar.
İsrailin dövlət televiziyası ilə nümayiş olunan “Sonsuz dəhliz” filmi, sözsüz ki, İsrail cəmiyyəti üçün həm Dağlıq Qarabağ münaqişəsi, həm də qondarma soyqırımına dair erməni təbliğatını anlamaqda yeni mərhələ olacaq.
Məhz Azərbaycan, 1992-ci ilin fevral ayında Xocalıda baş vermiş dəhşətli hadisələr haqqında həqiqətlərin Qüdsdən yayımlanması zamanı göz yaşlarını saxlamaq çətin idi.
Yeganə Salman, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Direktorlar Şurasının üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət