Ermənilər hər zaman Rusiyanı müttəfiq və dost adlandırsalar da, rus dilinə heç də yaxşı münasibət bəsləməyiblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib.
“Hələ SSRİ dövründə İrəvana səfər edən vətəndaşlar ünsiyyətdə çətinlik çəkirdilər, çünki erməni dilini bilmirdilər. Rus dilində sual verdikləri zaman kobud cavab alırdılar, ən yaxşı halda isə sualları cavabsız qalırdı”, - deyə F.Axundov Ermənistanda rusdilli əhali ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
Onun fikrincə, rus dilinə ən güclü zərbə 90-cı illərə təsadüf edib. “O dövrdə Rusiyanın Ermənistandakı səfiri, “Vətən” cəmiyyəti və digər təşkilatlar rus dili və rusdilli əhalinin sıxışdırılması ilə bağlı həyəcan təbili çalırdı. Lakin bu, Ermənistan hakimiyyətini heç bir vəchlə dayandırmırdı. Vladimir Putin hakimiyyətə gələndən sonra bu sahədə də nizam-intizam yaradıldı”, - deyə o qeyd edib.
F.Axundov vurğulayıb ki, Sovet İttifaqı dağıldıqdan sonra, daha dəqiq desək, 17 aprel 1993-cü il tarixində erməni dilinə dövlət dili statusu verən “Dil haqqında” Ermənistan Respublikasının Qanunu qəbul edildikdən sonra bu ölkədə rus məktəbləri bağlandı. Yalnız 2000-ci ildə, Rusiya prezidentinin səlahiyyətlərini icra edən V.Putinin Ermənistan prezidenti Robert Koçaryanla MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutmuş birinci görüşündən sonra ölkədə rus dilinin inkişafında az da olsa irəliləyiş nəzərə çarpmağa başladı.
“Moskvadan qayıtdıqdan dərhal sonra R.Koçaryan erməni məktəblərində tədrisin rus dilində aparıldığı 40 sinfin açılması barədə elan etdi. Görünür, V.Putin danılmaz dəlil və sübutlar təqdim edə bildi ki, rəsmi İrəvanın bu məsələdə mövqeyi 180 dərəcə dəyişdi və Ermənistan prezidenti rus dilinə belə qayğı göstərməyə başladı, baxmayaraq ki, əvvəllər bu ideyanın tərəfdarı olmayıb”, - deyə o qeyd edib.
Lakin bu gün də Ermənistanda rus dili ilə bağlı vəziyyət ürəkaçan deyil.
Belə məlum olur ki, bu addım sırf gözdən pərdə asmaq üçün atılıb, çünki bu gün də erməni milliyətindən olan ölkə vətəndaşları rus dilində təhsil ala bilmirlər. Rus bölməsində təhsil almaq üçün Rusiya və ya digər ölkənin vətəndaşı olmaq lazımdır ya da şagirdin valideynlərindən biri etnik erməni olmalıdır. Bütün bunlar bir daha sübut edir ki, bu ölkədə ruslara münasibət dəyişməz qalıb və çətin ki, gələcəkdə də dəyişsin. Bu gün “dost Ermənistanda“ keçmiş SSRİ ölkələri ilə müqayisədə ən az sayda, 5 minə yaxın milliyətcə rus olan vətəndaşın yaşamasına əsaslanaraq bu cür nəticə çıxarmaq olar.
Rusiya ilə münasibətləri mürəkkəb olan Gürcüstanda rus əhalisinin sayı Ermənistandakı rusların sayından dəfələrlə çoxdur və 50 min nəfərə çatır. NATO-nun üzvü olan Baltikyanı ölkələrdə isə 1 mln. nəfər yaxın rus yaşayır.
F.Axundov qeyd edib ki, 2014-cü ildə İrəvanda Ermənistan-Rusiya Parlamentlərarası Komissiyasının iclasında baş verən hadisə bu ölkədə rus dilinə və ruslara olan münasibətin bariz nümunəsidir. “İclas ənənəvi olaraq rus dilində keçirilirdi ki, bu da yerli mətbuatın narazılığına səbəb oldu. Jurnalistlərin iradlarına cavab olaraq komissiyanın həmsədri, Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan bunu sinxron tərcümənin olması ilə izah etməyə çalışdı. Fikrimcə, əgər Rusiya ilə parlamentlərarası komissiyanın iclası postsovet məkanının istənilən ölkəsində rus dilində keçirilsəydi, bundan hiddətlənmək indiyədək heç kəsin ağlına gəlməzdi”, - deyə o bildirib.
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət