Martın 15-də Gürcüstan KİV-lərində paytaxt meriyasının xəbəri dərc edilib. Məlumatda bildirilirdi ki, Tbilisinin mərkəzində Puşkin küçəsində dayaq divarının aşması nəticəsində küçədə və onun kəsişməsində hərəkət dayandırılıb.
Heç demə, ilk baxışda adi görünən bu xəbərin arxasında bir neçə il əvvəl bu ərazidə aşkar edilmiş qədim istehkam qurğuları ilə bağlı xoşagəlməz həqiqət gizlənibmiş.
Xatırladaq ki, bir neçə il əvvəl məhz burada Tbilisidə (Puşkin küçəsi 21 və 23) Gürcüstan Dövlət İncəsənət Muzeyinin binasının yaxınlığında orta əsrlərə məxsus qala divarlarının altında daha qədim qalanın divarlarının fraqmentləri, qala qapıları aşkarlanıb. Qala qapılarının üzərində qədim kufi xətti ilə işlənmiş yazılar həkk edilmişdi. Məlum olmuşdu ki, bu tikililərin bir hissəsi Ərəb Xilafətinin himayəsi altında yaradılmış Tiflis Müsəlman Əmirliyinin mövcud olduğu dövrə aid olan qalanın bir hissəsidir. Paytaxtı Tiflis şəhəri olan Tiflis əmirliyi VII-XII əsrlərdə mövcud olub və 500 il ərzində ərəblər və türklər tərəfindən idarə edilib.
Qala divarlarının qalıqları aşkarlandıqdan sonra açıq səma altında muzey olan mini-park məhv edilib. Bu parkda tapıntılara tamaşa etmək mümkün idi, aşkarlanan ərəb əlyazması isə şüşə örtük altında dövlət obyekti kimi mühafizə olunurdu. Lakin bir qədər sonra kimsə şüşə vitrini qıraraq dəmir əşya ilə qədim əlyazmanı yararsız hala salıb. Bundan sonra əlyazmanı bərpa etmək mümkün olmayıb.
2016-cı ilin əvvəlində bütün bu qazıntılar, qala divarları və qapının üzəri torpaqla örtülərək, üzərinə beton tökülüb və tikinti işlərinə hazırlıq başlayıb. Bir sözlə, qədim tapıntı sözün hərfi mənasında gürcü elm xadimləri və ziyalıların gözü önündə beton altında basdırılıb. Təəssüf ki, heç kim Tbilisinin tarixini əks etdirən qədim memarlıq abidəsinin müdafiəsi naminə səsini çıxarmayıb.
Məhz bu yerdə martın 15-də gecə saatlarına qədim abidələrin yerləşdiyi mini-parkı əhatə edən hasarda dağıntı baş verib. İndi ona ümid etmək qalır ki, gürcü ictimaiyyətinin fəal nümayəndələri və müvafiq qurumlar göz bəbəyi kimi qorunması lazım olan qədim memarlıq abidəsinin məhv edilməsi faktına diqqət çəksinlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət