MDB-nin üzvü olan dövlətlərdə terrorizm, ekstremizm, təcavüzkar separatizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə effektivliyə yalnız birgə fəaliyyət və koordinasiya sayəsində nail olmaq olar. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev belə hesab edir.
"Bizim qarşılıqlı fəaliyyət təcrübəmiz bir daha nümayiş etdirir ki, yalnız birgə səylərlə və fəaliyyətin koordinasiyası, müasir çağırışlara və təhdidlərə (terrorizm, ekstremizm, təcavüzkar separatizm və mütəşəkkil cinayətkarlıq) qarşı mübarizə məsələləri ilə bağlı informasiya və təcrübə mübadiləsi aparmaqla dövlətlərimizin sabitliyi və təhlükəsizliyinin təminatı işində effektiv nəticələrə nail olmaq mümkündür", - deyə M.Quliyev bu gün Bakıda MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında bildirib.
Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, Şura çərçivəsində birgə görüşlərin keçirilməsi "müxtəlif təhdidlərlə bağlı xəbərdarlıqların edilməsi və qarşısının alınması istiqamətində operativ iş vərdişlərinin effektiv qaydada təkmilləşdirilməsinə və dövlətlərimizin xüsusi xidmət orqanlarının səylərinin daha da birləşdirilməsinə kömək edir.
M.Quliyev ümidvar olduğunu deyib ki, iclas ümumi təhlükəsizliyin təminatı problemləri üzrə çoxtərəfli və ikitərəfli səviyyələrdə qarşılıqlı fəaliyyət üçün əlavə təkan verəcək, tərəfdaşlıq əlaqələrinin gələcəkdə möhkəmlənməsinə və sıx işgüzar əlaqələrin qurulmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına şərait yaradacaq.
O hesab edir ki, hazırda dünyada yeni çağırışlar və təhdidlər meydana çıxıb və onların həlli üçün birgə müzakirələr və ümumi yanaşmanın işlənməsi tələb olunur.
"İclasda çıxışların mövzusu MDB məkanında təhlükəsizliyin təmin olunması ilə bağlı problemlərin (terrorizm və dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə) geniş spektrini əhatə edəcək. Ümid edirəm ki, gündəlikdə olan məsələlər forum iştirakçılarına tərəfdaşlıqda onlar üçün daha çox vacib olan məsələləri söyləməyə və əlaqələrin gələcək gələcək inkişaf yollarını müəyyənləşdirməyə imkan verəcək”, - deyə o əlavə edib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət