2017-cı ilin yanvar-iyul aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 322 mln. 830 min 59,29 manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% azdır. Bu barədəMaliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə haqları 223 mln. 457 min 586,12 manat (artım 6,8%) və ya bütün bazar üzrə sığorta haqlarının 69,2%-ni təşkil edib. Bununla belə, həyat sığortaçı üzrə sığortaçıların haqları 96 mın. 297 min 332,63 manat təşkil edib (artım 34,5%), qeyri-həyat sığortası üzrə haqlar 127 mln. 160 min 253,49 manat (azalma 7,6%) təşkil edib.
Yanvar-iyul aylarında icbari sığorta növləri üzrə sığorta haqları 99 mln. 372 min 473,17 manat (azalma 14,5%) olub. Həmçinin, həyat sığortaçı üzrə sığortaçıların haqları 21 mln. 595 min 476,52 manat (artım 0,2%), qeyri-həyat sığortası üzrə haqlar 77 mln. 776 min 996,65 manat (azalma 17,8%) təşkil edib.
Bu dövrdə sığortaçıların sığorta halları üzrə ödənişlərə 144 mln. 8 min 840,5 manat yönəldiblər, bu da ötən ilin 7 ayının göstəricisindən 21% çoxdur.
Yanvar-iyul aylarında könüllü sığorta növləri üzrə sığortaçıların ödənişləri 113 mln. 319 min 802,38 manat (artım 29%) və ya bazar üzrə bütün ödənişlərin 78,7%-ni təşkil edib. Bununla belə, həyat sığortası üzrə ödənişlər 69 mln. 338 min 36,5 manat (artım 67,9%), qeyri-həyat sığortası üzrə ödənişlər 43 mln. 981 min 765,83 manat (azalma 5,5%) olub.
Bu dövrdə icbari sığorta növləri üzrə ödənişlər 30 mln. 689 min 38,12 manat (azalma 1,6%) təşkil edib. Həmçinin, həyat sığortası üzrə ödənişlər 1 mln. 410 min 273,67 manat (azalma 29%), qeyri-həyat sığortası üzrə ödənişlər 29 mln. 278 min 764,45 manat (artım 0,2%) təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət