Rusiya parlamenti Ermənistanın dövlət səviyyəsində faşizmi təbliğ etməsi ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edə bilər. Moskvada müraciətin hazıranması məqsədilə Dövlət Duması deputatlarının iştiarkı ilə işçi qrup yaradılıb.
İşçi Qrupunun yaradılması barədə qərar Rusiya Federal Məclisinin rəsmi nəşri olan «Parlament qəzeti»ndə keçirilən Rusiya İctimai Palatasının üzvü Sergey Markovun təşkil etdiyi dəyirmi masada qəbul edilib.
Dəyirmi masa iştirakçıları vurğulayıblar ki, politoloq Aleksandr Perendjiyevin “Biz faşizmi dayandırmalıyıq!” adlı petisiyanı 200 mindən çox insan imzalayıb və Dövlət Duması bu məsələyə laqeyd yanaşa bilmərik.
«Bu 200 min insan bizim seçicilərimizdir. Onlar bizə bir həyəcan siqnalı verir və biz bu siqnala mütləq reaksiya verməliyik», - deyə Rusiya Dövlət Dumasının deputatı
İldar Bikbayev bildirib.
Rusiyalı deputatları və analitikləri təəcübləndirən odur ki, faşizmin dövlət səviyyəsində təbliği hazırda Moskva ilə soyuq münasibətlərdə olan ölkələrlə yanaşı, Rusiyanın srateji mütəfiqi sayılan Ermənistanda xüsusilə geniş miqyas almaqdadır. Üstəlik ermənilər bu cəhdlərini Rusiya ərazisində də davam etdirirlər. Ermənistanın faşist generalı Qaregin Ter-Arutyunyanı (Njde) qəhrəmanlaşdırma faktlarına xüsusi diqqət ayrılıb.
«Sovet vaxtı nasistlərin əlaltısı olmuş Qaregin Njde həmçinin inqilaba qədər Rusiyada ən təhlükəli terror təşkilatlarından birinə liderlik edib. Bu gün isə görün nəyin şahidi ouruq?! Özünü Rusiyanın müttəfiqi kimi qələmə verən Ermənistanın ən görkəmli yerində ikiqat antirusiya xadiminə abidə ucaldılır. Bu, doğrudan nadir hadisədir!»,- Rusiya-Belarus İttifaq Dövləti İctimai Palatasının üzvü Dionis Kaptar bildirib.
Xatirəsini əbədiləşdirmək cəhdləri bu ölkənin özündə də birmənalı qarşılanmır və bu yaxınlarda onun abidəsinin atəşə tutulması buna sübutdur. Üstəlik Hitlerin erməni əlaltılarını qəhrəmanlaşdırmaq cəhdləri artıq Rusiya ərazisində də edilir.
«Biz erməni həmkarlarımıza birbaşa müraciət etməliyik ki, Njdenin abidəsini söksünlər və onu qəhrəmanlaşdırmaq cəhdlərindən əl çəksinlər. Çünki bu cəhdlər Ermənistanı yanlış yola aparır», - deyə Rusiya İctimai Palatasının üzvü Sergey Markov bildirib.
Sonda həmçinin Ermənistan və digər ölkələrdə qəhrəmanlaşdırılan faşist əlaltılarının cinayətlərini əks etdirən sənədli ədəbiyyatın toplanması üçün ixtisaslaşmış internet saytının yaradlıması qərara alınıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət