“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin ("Azercreditguarantee") nizamnamə kapitalı 100 mln. manat təşkil edəcək.
Çərşənbə günü Azərbaycan prezidenti İlahm Əliyev Fondun fəaliyyətinin təminatına yönələn sənədlər paketini təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan Fondun Nizamnaməsinə əsasən, ASC-nin səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 10 manat olan 10 mln. ədəd sənədsiz, adi, adlı səhmdən ibarətdir. İlkin mərhələdə bütün səhmlər dövlətə məxsus olacaq.
Nazirlər Kabinetinə bir ay müddətində Fondun nizamnamə kapitalının formalaşmasını təmin etmək tapşırılıb.
Cəmiyyətin əsas məqsədi sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, həmçinin maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır.
Bununla əlaqədar Fond sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verir; sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verir; Cəmiyyətin fəaliyyətində risklərin azaldılması məqsədilə risklərin idarə edilməsi sistemini formalaşdırır və tətbiqini təmin edir.
Fondun idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.
Müşahidə Şurası 7 nəfərdən - Maliyyə Nazirliyinin (1 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Mərkəzi Bankının (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər), Azərbaycan Respublikası Dövlət Neft Fondunun (1 nəfər), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və Azərbaycan Banklar Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət tərkibdə formalaşdırılır.
Müşahidə Şurasının üzvləri öz aralarından ardıcıl qaydada Müşahidə Şurasının sədrini seçirlər.
Müşahidə Şurasının iclasları ən azı rübdə bir dəfə keçirilir.
İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət olacaq.
"Azercreditguarantee" idarə, nümayəndəlik, filial və törəmə cəmiyyətləri açmaq hüququna malikdir.
Şərtlərə görə, kredit reytinqi sistemi aşağıdakı meyarlara cavab verən kredit reytinqi modeli əsasında tətbiq olunur: məbləği 200 min manat və ondan az olan zəmanət üzrə borcalanın kredit reytinqini müvəkkil bank müəyyənləşdirib. Cəmiyyətə təqdim edir.məbləği 200 min manatdan çox olan zəmanət üzrə borcalanın kredit reytinqi müvəkkil bankla yanaşı, Cəmiyyət tərəfindən də onun kredit reytinqi modeli əsasında müəyyən edilir.
Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir. Faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6% bəndini borcalanın ödəməsi şərtilə aşağıdakı hədlərdə verilir:
müddəti 3 il və ondan az olan kreditlər üçün – illik faiz dərəcəsinin 8% bəndi miqdarında;
müddəti 3 ildən artıq olan kreditlər üçün – illik faiz dərəcəsinin 10% bəndi miqdarında.
Zəmanət veriləcək kreditlər aşağıdakı tələblərə cavab verməlidir: kreditin məbləği 30 min manatdan az olmamalı; bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 mln. manatdan çox olmamalı; kreditin müddəti 7 ildən çox olmamalı; kredit xəttinin müddəti 12 aydan artıq olmamalı; kredit üzrə güzəşt müddəti 2 ildən artıq olmamalıdır.
Əmanət aşağıdakı tələblərə cavab verməlidir: bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 min manat, bütün zəmanətlərin yuxarı həddi isə 500 min manat məbləğində olmalı; bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 750 min manatdan çox olmamalıdır.
Müvəkkil banklar Fondun Azərbaycan Mərkəzi Bankında olan hesabına birdəfəlik üzvlük haqqı ödəyirlər. Sistem əhəmiyyətli banklar üçün birdəfəlik üzvlük haqqı 75 min manat, digər banklar üçün 40 min manat məbləğində müəyyən olunur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət