“İslam Dövləti” terror təşkilatı (İŞİD) Əfqanıstan üçün təhdiddir və ölkədə radikallığın artmasına imkan yaradır. Bunu İranınxarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“İŞİD Əfqanıstan üçün təhlükəddir və ölkədə radikallığın artmasına imkan yaradır. Onunla mübarizə üçün birgə səy göstərmək lazımdır. İran regional səviyyədə, xüsusi Suriya və İraqda terrorçuluq və ekstremizmə qarşı fəal mübarizə aparır”, - M.C.Zərif cümə günü Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmçinin İran böhranın siyasi yolla həllinin tərəfdarıdır.
“Aydındır ki, siyasi dialoq olmadan stabilliyə nail olmaq mümkün deyil. Bunun üçün inklüziv strategiyanın hazırlanmasının zəruri olduğunu hesab edirik. Onsuz bütövlükdə regionda davamlı və sabit sülhə nail olmaq mümkün deyil. Bizdən (regiondan - İF) bu istiqamətdə səy və ehtiyatların birliyi tələb olunur”, - nazir qeyd edib.
M.C.Zərif əlavə edib ki, son bir il ərzində tiryək istehsalı iki dəfə artıb. “İran narkotiklərə qarşı mübarizə sahəsində Əfqanıstanla fəal əməkdaşlıq edir. Biz Avropa istiqamətində narkotiklərin tranzitinin qarşısını alırıq. Digər ölkələri də narkotiklərə qarşı mübarizəyə qoşulmağa çağırırıq”, - nazir vurğulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət