Xəzər dənizinin hüquqi statusu haqqında imzalanmış Konvensiya 5 Xəzəryanı ölkə arasında fikir ayrılıqlarının hüdudlarını daraldır. Bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
"Güman edirəm ki, Xəzər dənizinə dair Konvensiyanın qəbul edilməsindən hamı qazanır. Danışıqlar üçün hüquqi bazanın mövcudluğu önəmli amildir. O, fikir ayrılıqlarının sərhədlərini daraldır ki, bu da çox vacibdir", - deyə R.Musabəyov "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Onun fikrincə, Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmış sənəd rəsmi Bakı üçün məqbuldur.
"Prinsip etibarilə, Azərbaycan üçün münasib hüquqi baza müəyyən edilib. Azərbaycan artıq bu baza əsasında konkret olaraq Türkmənistanla da, İranla da Xəzərdəki sektorlarda sərhədlərin çəkilməsi ilə bağlı danışıqlar apara bilər. Bu, müsbət cəhət olsa da, o demək deyil ki, bütün problemlər avtomatik olaraq həll edilib. Xeyr, avtomatik heç nə olmur. Amma sonrakı danışıqların aparılması üçün əsas var", - deyə politoloq qeyd edib.
"Mübahisənin konkret predmetlərinin öz həllini tapması üçün Türkmənistan və İranla növbəti danışıqların nə dərəcədə məharətlə aparılması mümkünlüyü isə ayrıca söhbətdir", - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Azərbaycan Xəzər dənizində 5 ölkə ilə də əməkdaşlığın inkişafında maraqlıdır. "Biz burada gəmiçiliyin olmasında, turizmin inkişafında, o cümlədən də neft-qaz layihələri çərçivəsində daha çox əməkdaşlıqda maraqlıyıq", - deyə R.Musabəyov qeyd edib.
O hesab edir ki, Azərbaycan Xəzər dənizinin bütün sektorlarında müxtəlif neft-qaz layihələrində iştirak edə bilər. "Azərbaycan ixtisaslaşmış iri donanmaya və üzən qazma qurğularına malikdir. Bizim bu istiqamətdə böyük təcrübəmiz var və Türkmənistan, İran, Qazaxıstan və Rusiya Federasiyası sektorundakı layihələrdə iştirak edə bilərik. Əgər hüquqi məsələlər həll edilmişdirsə, o zaman Azərbaycan operator qismində olmasa da, gözəçarpan oyunçu kimi iştirak edə bilər", - deyə politoloq vurğulayıb.
O, həmçinin Rusiyanın Xəzər dənizində hərbi cəhətdən hakim mövqeyə malik olması məsələsinə də toxunub.
"Deyirlər ki, bu, (konvensiyanın imzalanması – İF) Moskvanın qələbəsidir. Bununla Kremlin Xəzərdə hərbi hökmranlığı təsbit edildi. Məgər bundan əvvəl Rusiyanın Xəzərdə hərbi hökmranlığı reallıq deyildi? Faktiki olaraq, qeyri-Xəzər dövlətinin Xəzərdə hərbi gücə malik ola bilməməsini qəbul etməklə, biz bir növ Xəzəri böyük dövlətlərin hərbi rəqabətindən kənarlaşdırırıq. Və bu hərbi rəqabət ümumilikdə bizə yaxşı heç nə vəd etmirdi", - deyə R.Musabəyov bildirib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət