Gürcü politoloq Vladimir Tsxvediani hesab edir ki, prezidentliyə namizəd Salome Zurabişvilinin ksenofob bəyanatı Gürcüstanın əsas iqtisadi tərəfdaşları – Azərbaycan və Türkiyə ilə qarşılıqlı münasibətlərə zərər yetirə bilər.
“Maraqlıdır ki, prezidentliyə namizədin (S.Zurabişvili – İF), və ehtimal ki[A1] Gürcüstanın gələcək prezidentinin (hakim “Gürcüstan arzusu” partiyasının dəstəyi )
sayəsində ksenofob bəyanatı, bu ölkə üçün strateji əhəmiyyət kəsb edən və onun iştirakı ilə beynəlxalq tranzit layihələrin reallaşdırıldığı bölgədə səslənib. Yaxın qonşu dövlətlər - Türkiyə və Azərbaycanla dostluq, qarşılıqlı faydalı münasibətləri inkişaf etdirən Gürcüstanın iqtisadi inkişaf perspektivləri məhz həmin layihələrlə əlaqədardır”, - V.Tsxvediani bəyan edib.
Onun sözlərinə görə, həmin tranzit layihələr sayəsində Samtsxe-Cavaxetidə, ilk növbədə burada yaşayan erməni əhalisi üçünyeni iş yerlərinin açılmasına baxmayaraq, separatçı əhval-ruhiyyəli erməni dairələri həmin layihələrə son dərəcə sərt münasibıt bəsləyirlər. “Separatçılar özləri etiraf edirlər ki, hər vəchlə Gürcüstan iqtisadiyyatı üçün həyati vacib tranzit layihələrə qarşı dururlar”, - politoloq qeyd edib.
Onun rəyinə görə, bu kontekstdə S.Zurabişvilinin Türkiyə və Azərbaycanda türkofobiya bəyanatı ilə bağlı narahatlıq tamamilə təbii haldır.
“Bakı və Ankara şərtsiz Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirlər və Gürcüstan torpaqlarının dərhal işğaldan azad edilməsi və gürcü qaçqınların öz yurdlarına qayıtmalarının tərəfdarıdırlar. Digər tərəfdən, Türkiyə və Azərbaycanla əməkdaşlıq Gürcüstan iqtisadiyyatı üçün həyati vacibdir”, - V.Tsxvediani qeyd edib.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına əsasən, Türkiyə və Azərbaycan Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan və Türkiyə liderlərdir. 2018-ci ildə Gürcüstana yatırılan $1,8 mlrd. həcmində birbaşa xarici investisiyaların təqribən $0,5 mlrd.-ı Azərbaycan, $0,3 mlrd.-ı Türkiyənin payına düşür.
Xarici ticarətə gəlincə, bu sahədə də Türkiyə Gürcüstanın əsas tərəfdaşıdır. 2017-ci il ərzində iki ölkə arasında ticarət dövriyəsinin həcmi $1,58 mlrd. təşkil edib. Həmin dövrdə Azərbaycanla ticarətin həcmi $0,9 mlrd. olub.
“Azərbaycanın faktiki olaraq Gürcüstanın enerji təhlükəsizliyinin qarantı olduğunu unutmaq olmaz. Türkiyənin çay tarlalarında 10 minə yaxın gürcü vətəndaşının çörək pulu qazandığını xatırlasaq, o zaman Zurabişvilinin qalmaqallı bəyanatının əks-sədası Tbilisi üçün qorxulu miqyas ala bilər”, - politoloq vurğulayıb.
Xəbər verildiyi kimi, prezident seçkiləri ərəfəsində namizədlərdən birinin qəsdən ksenofob əhval-ruhiyyə yaratması ilə əlaqədar Gürcüstan cəmiyətində qalmaqal meydana gəlib. Oktyabrın əvvəlində Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Samtsxe-Cavaxetidə erməni seçicilərlə görüş zamanı bəyan edib: “Bundan öncə Gürcüstan vətəndaşlığı yalnız prezidentin qərarı ilə təqdim olunurdu və bir prezident (Mixail Saakaşvili) çox sayda türklərə vətəndaşlıq verdi, sizə isə vətəndaşlıq verilməyib”. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət