Bakıda İqtisadiyyat Nazirliyinin iştirakı ilə Azərbaycanda infrastrukturun inkişafı kontekstində layihə və struktur maliyyələşdirilmə və dövlət-özəl tərəfdaşlıq üzrə effektiv mexanizmlərin nəzərdən keçirilməsinə həsr olunan “Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda ilk biznes-seminar keçirilib.
“Qazprombank” Azərbaycanda fəaliyyətini uğurla inkişaf etdirir, burada bir sıra layihələr reallaşdrıb. İlk növbədə söhbət dəyəri təqribən $880 mln. təşkil edən “SOCAR Polymer”in iki zavodunun tikintisindən gedir. Bu vəsaitin təxminən $500 mln.-u “Qazprombank” tərəfindən ayrılıb. Bundan əlavə, bank “Azərikimya” müəssisələrinin modernləşdirilməsinə $260 mln. ayırıb”, - iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan ümid edir ki, bank iqtisadiyyatın digər sektorları, ilk öncə ASK və infrastruktur layihələrin inkişafına öz töhfəsini verəcək. “Biz həmçinin istərdik ki, Azərbaycanda kiçik və orta biznes “Qazprombank”ın imkanlarından istifadə etsin”, - nazir əlavə edib.
Öz növbəsində, bankın nümayəndələri təcrübələri ilə bölüşüblər, o cümlədən, azərbaycanlı həmkarlarına layihə və struktur maliyyələşdirilməsi, həmçinin dövlət-özəl tərəfdaşlıq sahəsində mütəxəssislərin tədris proqramı barədə söhbət açıblar.
“Tarix boyu ölkələrimiz arasında formalaşan tərəfdaşlıq, mehriban qonşuluq münasibətləri uğurlu iqtisadi əməkdaşlığın təminatıdır. Bugünkü biznes-seminarın keçirilməsi Rusiyanın iri biznesi və Azərbaycan arasında qarşılıqlı əlaqlərin genişləndirilməsi üçün şərait yaradır,birgə maliyyələşdirmə layihələrinin reallaşdırılması zamanı ən qabaqcıl bazar təcrübələrinin istifadəsinə təkan verir, bu, xüsusilə çox sayda tərəflərin iştirakı ilə mürəkkəb struktura malik sazişlərə aiddir”, - bankın İdarə Heyətinin sədr müavini Famil Sadıqov vurğulayıb. **
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət