Beynəlxalq Valyuta Fondu yaxın aylarda Azərbaycan hökuməti ilə Fondun Nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələr keçirməyə ümid edir.
“Biz ölkədə son iqtisadi hadisələrin icmalı və ya IV maddə üzrə məsləhətləşmələrin 2019-cu ilin yaxın aylarında keçirilməsini gözləyirik”, - BVF-nin Azərbaycandakı missiyasının yeni rəhbəri Natalya Tamirisa “İnterfaks-Azərbaycan” agentliyinin suallarına elektron poçt ilə cavabında bildirib.
Son dəfə BVF hökumətlə IV maddə üzrə məsləhətləşmələri 2018-ci ilin mart ayında keçirib.
Həmçinin, N.Tamirisa əlavə edib ki, “gələcəkdə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”.
Xəbər verildiyi kimi, ötən həftə N.Tamirisa BVF-nin Azərbaycan üzrə missiyasının yeni rəhbəri quismində Bakıda rəsmi səfərdə olub. O, maliyyə, vergilər naziləri, AMB-nin İdarə Heyətinin sədri ilə danışıqlar aparıb.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən ölkə hökuməti BVF-dən borc almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət