Türkiyənin bufer zonası yaratmaq cəhdləri və ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyaya hücumu beynəlxalq hüquq normalarının birbaşa pozulmasıdır. Bunu Suriyanın xarici işlər nazirinin müavini Faysal Əl-Miqdad bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
"Suriyanın müstəqilliyinə qəsd, Türkiyənin bufer zonası yaratmaq cəhdləri, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyaya hücumu beynəlxalq hüququn və BMT Nizamnaməsinin birbaşa pozulmasıdır", - deyə o bildirib.
Əl-Miqdad Suriyanın suverenliyini dəstəkləyənlərə və Türkiyənin hərəkətlərini qınayanlara minnətdarlığını bildirib.
“Bizim dünyamızın həqiqi demokratiyaya ehtiyacı var. Biz seçkilərin nəticələrinə hörmət etməliyik, bu nəticələr ABŞ-ın maraqlarına zidd olsa belə. Mənim ölkəm bu hərəkatın (Qoşulmama Hərəkatı - İF) böhranı həll edə biləcəyinə inanır”, - deyə o qeyd edib.
Nazir müavininin sözlərinə görə, bu gün ən böyük problem terrorun yayılmasıdır. Bununla belə, o, ABŞ və Avropa ölkələrinin terrorizmə qarşı mübarizəyə məhəl qoymamasından təəssüfləndiyini bildirib.
"Suriya qaçqınları evlərinə qayıtmağa çağırır, onların normal həyatı təmin ediləcək", - deyə Əl-Miqdad vurğulayıb.
Əl-Miqdad, həmçinin İsrailin regiondakı fəaliyyətinə də toxunub. “İsrail işğalı cəzasız qalır. İsrail nəinki Fələstini, Suriya və Livanın bir hissəsini də işğal edib, bu, ondan xəbər verir ki, vəziyyət təhlükəlidir və beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərə səbəb ola bilər. İsrailin Qolan yüksəkliklərini ələ keçirmək qərarının heç bir qanuni əsası yoxdur. ABŞ-ın İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıması əsassızdır. ABŞ-ın Suriya ərazilərini İsrailə vermək hüququ yoxdur", - deyə o əlavə edib.
Nazir müavini hesab edir ki, ABŞ və İsrail "birlikdə Fələstin və Suriya xalqlarını məhv etməyə çalışır".*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət