Azərbaycanın energetika sahəsinə Rusiyanın sərmayələri $4 milyard təşkil edib. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“2020-ci il aprelin 1-nə vəziyyətə görə, Azərbaycanın energetika sahəsinə Rusiyanın sərmayələri $4 milyard təşkil edib. Hazırda Rusiyanın “LUKOİL” neft şirkəti Azərbaycanda YEK sahəsində iri layihələrdə iştirak edir, “Rosneft” və “Qazprom” ilə əməkdaşlıq planları var”, - Şahbazov Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya neftin tranziti məsələlərində fəal əməkdaşlıq edirlər.
“2020-ci ilin yamvar-may aylarında BTC ilə Rusiya neftinin tranzit həcmi 990 min ton təşkil edib”, - nazir qeyd edib.
Nazir əlavə edib ki, bu dövrdə SOCAR şirkəti Rusiyaya 33 min ton neft-kimya məhsulları ixrac edib, bu məsulların Rusiyadan Azərbaycana idaxlı 53 min ton təşkil edib.
Şhabazov bildirib ki, Azərbaycan və Rusiya Enegetika nazirlikləri energetika sahəsində əməkdaşlıq haqqında memorandumu imzalamaq üçün hazırlıq işləri aparırlar. “Əminəm ki, bu sənədin imzalanması qeyd edilən sahədə əməkdaşlığın genişlənməsinə gətirəcək”, - nazir hesab edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət