Kanada hərbi təyinatlı malların Türkiyəyə ixracına qoyduğu qadağaya görə ikili standartlar nümayiş etdirir. Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.
Öncə Kanada XİN-in başçısı Fransua-Filipp Şampan məlumat verib ki, Kanada Dağlıq Qarabağda hərbi münaqişədə Kanada texnologiyalarının istifadəsinə dair meydana gələn məlumatlara görə Türkiyəyə ixraca icazələrin müddətini dayandırır.
“Ermənistan tərəfindən 30 il ərzində işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması uğrunda Azərbaycanın öz torpaqlarını qaytarmaq üçün mübarizəsinə görə hərbi təyinatlı malların Türkiyəyə ixracının dayandırılması Kanada tərəfindən ikili standartların nmümayiş etdirilməsidir”, - bəyanatda qeyd olunur.
Türkiyə XİN-dən vurğulanır ki, NATO üzrə müttəfiq ökəyə silah ixracının dayandırılmasına dair qərarın heç bir izahı ola bilməz.
“Kanada bu əsrin ən böyük humanitar faciələrinin baş verdiyi Yəməndə hərbi böhrana cəlb olunan ölkələrə silah ixarcında problemlər görmür. O, BMT-nin ekspertləri tərəfindən hazırlanan hesabatlarda tənqid olunan bu silah satışını regional təhlükəsizliyə töhfə kimi təqdim edib”, - XİN qeyd edir.
Nazirlik vurğulayır ki, Kanada, xüsusilə Türkiyənin “Sülh mənbəyi” əməliyyatı başlanandan, hərbi təyinatlı malların ixracına icazələrin əldə olunması üçün Türkiyəyə maneələr yaradır.
“”Bu, alyansın ruhuna uyğun deyil və əməkdaşlıqdan kənar mövqe sərgiləyir. Biz Kanadadan bu ölkənin anti-Türkiyə qüvvələrinin təsiri altıda olmayan, ikili stnadartlardan uzaq olan və dar siyasi maraqlar çərçivəsində olmayan hərəkətlər gözləyirik”, - nazirlikdən vurğulanır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət