2020-ci ildə Belarus ilə Azərbaycan arasında kənd təsərrüfatı və ərzaq mallarının ticarət dövriyyəsi $35 milyona çatıb, bu da 2016-cı ilin göstəricisindən 3,5 dəfə çoxdur. Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bəyan edib.
“Belarus ilə Azərbaycan arasında kənd təsərrüfatı və ərzaq mallarının ticarət dövriyyəsinin göstəricilərinin artımı aqrar sahədə tərəfdaşlığımızın strateji olduğunu israrla təsdiq edir. Son 5 il ərzində kənd təsərrüfatı mallarının qarşılılıq ticarət dövriyyəsi 3,5 dəfə artıb”, - Kərimov Bakıda keçirilən Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko ilə görüş zamanı bildirib.
Görüşdə tərəflər ölkələr arasında ticarət-iqtisadi münasibətlərin gələcək inkişafı, xüsusilə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, tədarük olunan kənd təsərrüfatı mallarının nomenklaturasının genişləndirilməsini müzakirə ediblər. Baytarlıq nəzrəti, bitkiçilik, cins heyvandarlıq, aqrar təhsil və elmi potensial sahəsində qarşılıqlı əlaqələr məsələləri nəzərdən keçirilib.
Bundan başqa, Krupko AQTA-nın sədri Qoşqar Təhməzli ilə görüş keçirib. Görüş zamanı baytarlıq nəzarəti sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə, iki ölkənin informasiya sistemlərinin inteqrasiyası, bu sahədə mütəxəssislərin təhsili və sərhəddə baytarlıq nəzarət sisteminin təşkili məsələlərinə toxunulub.
Qeyd olunub ki, iki ölkə arasında operativ əlaqələndirmə məqsədilə ekspertlərdən ibarət işçi qrup yaradılıb, birgə fəaliyyət planı hazırlanıb.
Belarus Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə istinadən BELTA agentliyi məlumat verir ki, Belarus nümayəndə heyətinin Azərbacana səfəri zamanı nazirlik ilə AQTA arasında baytarlıq sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumun imzalanması planlaşdırılır.
BKTƏN-nin mətbuat xidmətinin məlumatıan görə, Belarus ASK sahəsində və digər istiqamətlər üzrə Azərbaycanla ikitərəfli əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Statistik məlumatlara əsasən, 2020-ci ildə Azərbaycanla Belarus arasında kənd təsərrüfatı və ərzaq məhsularının ticarət dövriyyəsi $35 milyona çatıb və 2019-cu illə müqayisədə 5,3% artıb. Belarus mallarının idxalı - $30,4 milyon (və ya 110,7%), Azərbaycan məhsullarının ixracı - $4,6 milyon təşkil edib. 2021-ci ilin yanvar-fevral aylarında bu göstərici $6,2 milyon təşkil edib (2020-ci ilin analoji dövrü ilə müqayisədə artım 15,6%). Eyni zamanda idxal - $4,9 milyon (və ya 103,3%), ixrac - $1,3 milyon təşkil edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət