Energetika naziri Pərviz Şahbazov qlobal neft bazarındakı vəziyyəti OPEC+ çərçivəsində neft hasilatının 2021-ci ilin may-iyul aylarında azaldılması üzrə öhdəliklərin yerinə yetirilməsi üçün münasib hesab edir.
“Hasilatın tədricən artırılması və ixtisarların yumşaldılması bazardakı vəziyyətə adekvatdır və tənzimləmə prosesinə öz töhfəsini verəcək. Son vaxtlar qlobal neft bazarının balanslaşmaya meyillənməsi, kommersiya neft ehtiyatlarının azalması və neftin münasib qiymət dəhlizinin nisbətən sabitləşməsi müşahidə edilir. Bu aspektdə, üç aylıq qrafik üzrə hasilat planlarımızın icrasına başlanması üçün vəziyyət münasibdir”, - deyə nazir bildirib.
O vurğulayıb ki, neft bazarında müsbət tendensiyalarla yanaşı, eyni zamanda, risklərin hələ də qalması hasilat artımının nəzərdə tutulan həcmlər çərçivəsində olmasını, kvotaların aşılmamasını və kompensasiyaların yerinə yetirilməsini zəruri edir.
“Hesab edirəm ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının öhdəliklərinə sadiqliyi irəlidə də neft bazarına lazımi dəstəyi təmin edəcək”, - deyə P.Şahbazov qeyd edib.
Energetika Nazirliyinin məlumatına görə, “OPEC plus” ölkələri nazirləri may-iyun-iyul ayları üzrə hasilat öhdəliklərinə dair “OPEC” və qeyri-OPEC ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərarı təsdiqləyiblər.
Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın da növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artırılacaq.
Ümumilikdə, “OPEC plus” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,55 milyon barrel, iyunda 6,2 milyon barrel, iyulda isə 5,76 milyon barrel həcmində olacaq.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət