Hazırda Cənubi Qafqazda formalaşan geosiyasi reallıqlar səbəbindən Rusiya Zəngəzur nəqliyyat dəhlizinin yaradılmasının ən fəal lobbiçisidir. Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov belə hesab edir.
Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda atəşin və hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli saziş qüvvədə olduğu yarım il ərzində Cənubi Qafqazın geosiyasi mənzərəsini mühüm dərəcədə dəyişib. Öncə sazişin əsas təyinatının rusiyalı sülhməramlılarının məsuliyyəti altında olan rayonların erməni əhalisi üçün hansısa “xüsusi statusun” qorunması ilə Dağlıq Qarabağ ətrafında əvvəlcə işğal olunmuş rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının bərpası bəndlərinin olacağı gümana gəlirdi. Lakin əslində Azərbaycandan Naxçıvan Muxtar Respublikasına və daha sonra Ermənistanın Zəngəzurda ərazisindən keçməklə Türkiyə və İrana nəqliyyat dəhlizinin açılmasını nəzərdə tutan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası bu sənədin əsas bəndi oldu”, - Kuznetsov “İnterfaks-Azərbaycan”a bildirib.
Onun fikrincə, Zəngəzur dəhlizinin yaradılması bu gün Cənubi Qafqazın geosiyasəti üçün prinsipial məsələdir.
“Bu məsələdə ən maraqlı olan budur ki, bu gün dəhliziin reallaşmasında daha çox Bakı və İrəvan deyil, məhz Moskva fəallıq göstərir, hansı üçün ki, Zəngəzur nəqliyyat dəhliznin açılması məsələsi Qarabağa dair sazişin digər iştirakçılarından, göründüyü kimi, daha vaçibdir”, - Kuznetsov vurğulayıb.
Politoloq hesab edir ki, Moskvanın Zəngəzur dəhlizinin yaradılmasına olan marağı Cənubi Qafqaz regionunda tam dəyişilən güc bölgüsü ilə tədricən onun boynuna qoyulan Rusiya-Ermənistan münasibətlərinin prinsipial yeni modeli ilə şərtlənir, hansını ki, Kreml özü üçün işçi modeli olaraq qəbul edib.
“İndi, Ermənistan hərbi-siyasi və hərbi-texniki mənada tam dağıldığı zaman, Moskva, iqtisadi elmi dillə desək, Ermənistanı müflisləşdirmək üçün imkan axtarır və eyni zamanda müflisləşmə prosedurunun həyata keçirilməsi zamanı maddi və imic itkilərini minimallaşdırmağa çalışır”, - o qeyd edib.
Bu planın reallaşdırılması üçün alət olaraq Azərbaycanı Naxçıvanla biləşdirəcək, daha sonra Ermənistan ərazisindən keçməklə Türkiyə və İrana çıxış əldə etməklə Zəngəzur dəhlizinin yaradılması vasitəsilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası təklif olunub. “Təkrar edirəm, ancaq Zəngəzur dəhlizinin açılması indi və burada qeyd olunan ölkələrdən daha çox məhz Rusiya üçün vacibdir, çünki yalnız bu yolla, bu regionda ortamüddətli perspektivdə geosiyasi mövcudluğunu saxlamağa imkan verəcək”, - Kuznetsov vurğulayıb.
Onun rəyinə görə, bu nəqliyyat dəhlizinin açılması Azərbaycan üçün də zəruridir, eyni zamanda Ermənistan isə öz növbəsində, hər vəchlə öz ərazisindən keçən Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bu ölkə həmçinin Sovet hakimiyyəti illərində buna müvəffəqiyyətlə qarşı qoyub, bu məsələni özünün suverenliyi və ərazi bütövlüyünə təhdid görüb.
“Bu səbəbdən bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosedurları vasitəsilə bu istiqamətdə Ermənistanın fəallığının stimullaşdırılması məqsədilə bu ölkəyə mülayim və ehtiyatlı güc yolu ilə təzyiq göstərdiyini nümayiş etdirməyə çalışır. Kreml isə Zəngəzur dəhlizi ilə bağlı yeni üçtərəfli sazişin rəsmi-hüquqi tərtibatı ilə aydın şəkildə tələsmir, çox yaxşı anlayır ki, zaman itirməklə avtomatik olaraq təşəbbüsü və regionda liderlik mövqeyini əldən verir, hansı ki, rahat formada rəsmi Bakının əlinə keçir”, - o qeyd edib.
Kuznetsov hesab edir ki, Azərbaycan hökuməti də bu vəziyyəti yaxşı anlayır, buna görə bərpa səyləri və proseslərini yalnız öz ərazilərində həyata keçirir, Moskvaya, Ermənistan-Azərbaycan postkonflik dövründə vasitəçi olaraq, bu layihənin siyasi aspektlərini İrəvanla təkbətək həll etməyə imkan yaradır. “İndi artıq Bakı deyil, məhz Kreml Zəngəzur dəhlizi layihəsinin tezliklə irəliləməsi üçün İrəvanın əllərini özü burmalı olacaq. Yəni, bundan sonra Türkiyə-Azərbaycan alyansı yox, məhz Rusiya Ermənistanın ambisiyalarının əhliləşdiricisi rolunda çıxış etməlidir, əslində “Ermənistan” adlı iki yüz illik geosiyasi layihəsinin mahiyyətini öz əlləri ilə qiymətdən salmalıdır. Bu roldan Kreml imtina edə bilməz, çünki nəticədə öncə siyasi təşəbbüsünü, daha sonra isə Cənubi Qafqazda mövcudluğunu itirəcək, bundan sonra bu meydanı, çox güman ki, Türkiyə tutacaq, bu da Rusiyanın xarici siyasətinin bütün qlobal konstruksiyası üçün nəinki Cənubi Qafqazda, həm də Ön Asiya və Yaxın Şərq regionunda böyük faciə olacaq”, - politoloq vurğulayıb.
Onun fikrincə, hazırki vəziyyətə əsasən, bu gün Rusiyanın ali siyasi rəhbərliyi Cənubi Qafqaz regionunda siyasi mövcudluğunu qorumaq üçün artıq, öncə olduğu kimi Ermənistanın şıltaqlıqları və ambisiyalarına göz yummamalı, onları çox sərt şəkildə qırmalı, Azərbaycan tərəfinə reveranslar etməlidir. “Bakının KTMT və Avrasiya İqtisadi Birliyinə üzv olmasına dair bu yaxınlarda olunan təkliflər sübut edir ki, obyektiv olaraq, Cənubi Qafqazda Azərbaycandan başqa digər real güc yoxdur və Kremlin Cənubi Qafqazda Bakıdan başqa soykənəcəyi heç kəsi yoxdur. Moskva tezliklə sözdə deyil, gördüyü işi ilə Bakının rəğbətini qazanmalıdır, bunu isə İrəvanı daxili siyasi və siyasi-iqtisadi bataqlıqda öz əllərini ilə boğaraq, Dağlıq Qarabağ münaqişəsinin postkonflik həllində Azərbaycan tərəfinin qanuni tələblərini dəstəkləyərək etməsi mümkündür. Və bu Zəngəzur tələsindən Kremlin çıxması artıq mümkün deyil”, - Kuznetsov əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət