Britaniyanın BP şirkəti Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyası inşa etməyi planlaşdırır. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Bu gün Energetika Nazirliyi və BP Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar”, - deyə məlumatda bildirilir.
İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.
Müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə”nin yaradılması da nəzərdə tutulur.
Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.
“Karbohidrogen sektorunda uzunillik strateji tərəfdaşımız BP ilə bu gün imzaladığımız bu sənəd yaşıl enerji və karbonsuzlaşdırma üzrə əməkdaşlığımızda yeni bir səhifə açacaq. Ümid edirəm ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə bp ilə fəal işbirliyimiz Qarabağa xarici sərmayənin gətirilməsini təmin edəcək”, - deyə energetika naziri Pərviz Şahbazov vurğulayıb.
“Azərbaycan hökuməti ilə bu sazişi imzalamaqla biz öz müvafiq enerji keçidi hədəflərimizi dəstəkləyən bir imkana doğru birgə işimizdə irəli addım atmış oluruq. Növbəti onillik ərzində BP dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
O əlavə edib ki,BP-nin Azərbaycanda otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəsi var.
“Düşünürük ki, günəş enerjisi layihəsi imkanı üzrə başladığımız birgə iş yeni bir tərəfdaşlıq sahəsinə yol aça bilər və bu yeni tərəfdaşlıq çərçivəsində bp Azərbaycanda enerji keçidinə mühüm töhfələr verə bilər”, - deyə Qəri Counz qeyd edib.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında Energetika Nazirliyi və BP şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu da imzalanmışdı.
Prezident İlham Əliyev 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Energetika Nazirliyinin ilkin qiymətləndirmələrinə görə, bu ərazilərdə günəş enerjisinin potensialı 4 min MVt-dan, külək enerjisinin potensialı 500 MVt-dan çoxdur.
Azərbaycanda enerji sisteminin ümumi gücünün 17%-i və ya 1,276 min MVt-ı bərpa olunan enerji mənbələrinin payına düşür. Ölkədə elektrik enerjisinin faktiki istehsalında bərpa olunan enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla təxminən 8% təşkil edir.*
N.Abbasova
Bayramov xarici aktorları Cənubi Qafqazda destruktiv fəaliyyətdən çəkindirib
Bakı və Belqrad Serbiyanın Black Sea Energy layihəsinə qoşulmasını müzakirə edib
“Təmiz Şəhər” ASC 1,4 milyon manatdan artıq məbləğdə texnika alır
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
İsrail əməliyyatlardan sonra Qəzzada bufer zona yaratmağı planlaşdırır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək