Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın zamanda rusiyalı həmkarı Vladimir Putin ilə ikitərəfli görüş keçirməyi planlaşdırır.
“Bu günə Zəngəzur dəhlizi ilə bağlı Rusiya tərəfi ilə fikir ayrılıqları və ya işi təxirə salmaq niyyətinin olduğunu düşünmürəm. Əksinə, bu məsələdə Rusiya yardımçı rolundadır. Moskva da regionda inkişafa mühüm töhfə verəcək bu ideyanı dəstəkləyir. Yaxın zamanda cənab Putin ilə ikitərəfli görüşüm olacaq”, - Ərdoğan Azərbaycana işgüzar səfərdən sonra Türkiyə mətbuatına müsahibəsində bildirib.
“Vatan” nəşri Türkiyə prezidentinin sözlərinə istinad edir.
Türkiyə lideri qeyd edib ki, Ankara, Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur dəhlizini çox vacib hesab edir və bu layihəni dəstəkləyir.
“Sözsüz ki, bu marşrut Azərbaycana böyük imkanlar gətirəcək. Eyni zamanda, bu əlbəttə ki, Ermənistana böyük üstünlüklər verəcək. Həmçinin, Rusiya da bu məsələyə müsbət yanaşır. Bu səbəbdən – bu, vacib dəhliz, vacib xəttdir”, - Ərdoğan deyib.
“Anadolu” agentliyinin məlumatına görə, Ərdoğan bəyan edib ki, “Ermənistan regionda etimadın artırılması üzrə addımlar atmağa başlamalıdır”. “Bu istiqamətdə ilk vacib addım Azərbaycana mina xəritələrinin verilməsi ola bilər”, - o qeyd edib.
Prezident vurğulayıb ki, Ankara Cənubi Qafqazda əməkdaşlığın inkişafı üzrə addımlar atmağa hazırdır.
Ərdoğan Qafqazda “Altılıq platfomasının” yaradılması təşəbbüsünə toxunaraq qeyd edib ki, hələlik Tbilisi və İrəvan bu məsələdə müsbət siqnal erməyiblər. Eyni zamanda, Rusiya bu cür strukturun yaradılmasının tərəfdarıdır. “Əgər Gürcüstan və Ermənistan bu təşəbbüsə qoşularsa, o zaman region tez zamanda sabitliyə qovuşar. Türkiyəyə səfəri zamanı mən gürcüstanlı baş nazirə nu məsələni izah etdim. Ankara bu platformanı regional sülh yolunda mühüm addım hesab edir”, - Ərdoğan əlavə edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət