İrəvanda “Mülki Müqavilə” partiyasının ümumdövlət mitinqi başa çatıb. Bundan sonra baş nazir postuna namizəd, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan seçkiöncəsi debatlara yollanıb. Bu barədə “İnterfaks”ın müxbiri məlumat verir.
İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində mitinq Respublika meydanında baş tutub.
Mitinqdə çıxışı zamanı Paşinyan xalqı onun partiyasına səs verməyə və bununla da Ermənistanın gələcəyi olduğunu sübut etməyə çağırıb.
“Gələcəyə dair təəssüratlarımız 4 sütuna dayanır: təhlükəsizlik, iqtisadiyyat, insan kapitalının inkişafı, hüquq və ədalət”, - o qeyd edib.
Həmçinin, Paşinyan Ermənistan-Rusya strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətini bir daha vurğulayıb.
Regional təhlükəsizliyə gəlincə isə Paşinyan Ermənistanın İranla əməkdaşlığının dərinləşməsinin və bu ölkə ilə strateji dialoqa başlanmasının zəruriliyini qeyd edib.
Ermənistan hökumətinin başçısı bəyan edib ki, Ermənistan ərazisindən keçməklə heç bir nəqliyyat dəhlizi olmayacaq, regionda nəqliyyat kommunikasiyaları isə bərabər şərtlərlə açılmalıdır. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət