Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinə özəl sektorun rolunun artırılması və idarəçilik və şəffaflığın yaxşılaşdırılmasına yönələn struktur islahatlarını dərinləşdirməyi və genişləndirməyi tövsiyyə edir.
“Bu yaxınlarda təsdiq olunmuş sosial-iqtisadi inkişafın milli prioritetlərinə əsasən (2021-2030-cu illər üçün - İF) kompleks struktur islahatlar yaxln onillik ərzində Azərbaycanın davamlı, inklüziv və yaşıl iqtisadi artımının təminatı üçün böyük önəm kəsb edəcək”, - BVF-nin Azərbaycan hökuməti ilə IV maddə məsləhətləşmələrinin yekunlarına dair dərc olunan rəyində deyilir.
BVF 2021-ci ildə Azərbaycan iqtisadiyyatının artım templəri üzrə proqnozlarını 2,3% səviyyəsində saxlayıb. Fondun qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in 1,7% artacaq. Həmçinin, 2021-ci ildə qeyri-neft ÜDM-in artımı 3,5% təşkil edəcək, 2022-ci ildə 2,5%-dək azalacaq, 2021-2022-ci illərdə neft sektorunda illik artım 0,2% təşkil edəcək.
“Cənub Qaz Dəzlizi” layihəsi neft hasilatının azalmasından effekti yumşaldaraq təbii qaz ixracını artırmağa imkan verəcək. Neftin daha yüksək qiyməti cari əməliyyatlar hesabını 2020-ci ildə kiçik kəsirdən 2021-ci ildə ÜDM-in 2,4% profisitə qədər yaxşılaşdırmalıdır”, - rəydə qeyd olunur.
BVF-də hesab edirlər ki, uzunmüddətli perspektivdə Azərbaycanda vergi-büdcə siyasəti daha da əlverişli olmalıdır.
Bundan başqa, Fondun analitiklərinin rəyinə görə, banklar üçün prudensial və tənzimləyici təsdricən normallaşmanı davam etdirmək lazımdır.
“AMB-nin maliyyə bazarlarının inkişafı və maliyyə vasitəçiliyin və maliyyə çıxışının təkmilləşdirilməsi üzrə siyasət və təşəbbüslərin əsaslarının gələcəkdə təkmilləşdirilməsi iqtisadiyyatın şaxələndirilməsinin əklavə dəstəyini və onun istehsal və dayanıqlığının artırılmasını təmin edəcək. Eyni zamanda, AMB-nin maliyyə nəzarətinin təkmilləşdirilməsinə dair müntəzəm səyləri texniki yardım çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın dəstəyi ilə davam etməlidir”, - rəydə qeyd olunur.
BVF missiyasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələri 2021-ci il mayın 9-da baş tutub.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət