İran Cənubi Qafqazda “3+3” əməkdaşlıq formatının yaradılması ideyasını dəstəkləyir, Rusiya Gürcüstanın da iştirakına ümid edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“( ... ) bu regionda bütün nəqliyyat kommunikasiyalarının, iqtisadi əlaqələrin açılmasından təkcə Ermənistan, Azərbaycan və Gürcüstan deyil, İran, Rusiya və Türkiyə də faydalanacaq. Bu kontekstdə biz bu gün “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik”, - deyə Lavrov bu gün iranlı həmkarı Hüseyn Əmir Abdullahianla apardığı danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, Bakı, Tehran və Ankara bu cür əməkdaşlıq formatının yaradılması ideyasını dəstəkləyir.
“İranlı dostlar bu təşəbbüsü müsbət qarşılayıblar. Oxşar münasibəti Azərbaycan və Türkiyədə də müşahidə edirik, bu istiqamətdə erməni həmkarlarımızla işləyirik. Ümid edirik ki, Gürcüstan da bu mexanizmdə özünün əsaslı maraqlarını görə bilər”, - deyə Lavrov vurğulayıb.
Öz növbəsində, Abdullahian İranın region ölkələri ilə mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətində olduğunu və bu məsələdə qarşılıqlı münasibətlərə ümid etdiyini bildirib.
Bununla yanaşı, o əlavə edib ki, İran Qafqazda geosiyasi dəyişikliklərə dözməyəcək və Tehranın bölgədə terrorçuların və sionistlərin mövcudluğuna dair ciddi narahatlıqları var.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət