Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-mart aylarında 20,6 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 18,1% artıb.
Sənaye məhsulunun 73,7%-i mədənçıxarma sektorunda, 21,6%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, tikinti materiallarının istehsalı 83,8%, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, mebel istehsalı 70%, kimya sənayesi məhsullarının istehsalı 69,1%, əczaçılıq məhsullarının istehsalı 67,4%, geyim istehsalı 50,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 34,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 29,3%, kağız və karton istehsalı 27,3%, poliqrafiya məhsullarının istehsalı 25,2%, maşın və avadanlıqların istehsalı 23%, neft məhsullarının istehsalı 16,2%, hazır metal məmulatlarının istehsalı 15,2%, qida məhsullarının istehsalı 9,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,4%, tütün məmulatlarının istehsalı 4,5%, kompüter, elektron və optik məhsulların istehsalı 4,1% artıb.
Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 10,1%, içkilərin istehsalı 20%, azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,2% artıb.
2021-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 5,2% artıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət