Qazaxıstanın Nur-Sultan şəhərində "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov logistika sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığa dair saziş imzalayıblar. Bu barədə çərşənbə günü ADY-dən məlumat verilir.
Görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə multimodal daşımaların gələcək inkişafına dair müzakirələr aparılıb. “Tərəflər marşrut üzrə keçid qabiliyyətinin artırılması və tranzit vaxtının azaldılması istiqamətində görülən işlərin gücləndirilməsinin vacibliyini qeyd ediblər”, - məlumatda deyilir.
ADY-dən bildirilir ki, 2021-ci il üçün BTNM marşrutu üzrə daşımaların həcmi 586,2 min ton, konteynerlərin daşınması 25 270 TEU olub. 2022-ci ilin yanvar-mart aylarında həmin marşrut üzrə 266,3 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur. Konteyner daşımaları 5847 TEU təşkil edib. Bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 19% çoxdur.**
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət