Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, sülh müqaviləsi ilə bağlı Azərbaycanın hazırladığı təkliflərə İrəvan konstruktiv reaksiya verib.
“Biz öz rolumuzu tərəfləri yaxınlaşdırmağa kömək etməkdə görürük. Rusiya tərəfi Bakı və İrəvana sülh müqaviləsinin hazırlanması məsələsində kömək edərək Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması ilə bağlı baza prinsipləri təkliflərini əsas götürür. Bu təkliflər Bakıda hazırlanıb və İrəvan tərəfindən konstruktiv reaksiya alıb”, - deyə M.Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun növbəti iclası keçiriləcək.
“Rusiya baş nazirinin müavini Aleksey Overçukun aprelin 26-da Prezident İlham Əliyevlə görüşü zamanı kommunikasiyaların açılması məsələləri müzakirə olunub. Həmçinin Azərbaycan və Ermənistan tərəfləri ilə yaxın vaxtlarda baş nazirlərin müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun növbəti iclasının keçirilməsi razılaşdırılıb. O ki qaldı sərhəd məsələsinə, bu həftənin sonuna kimi Bakıda Xarici İşlər Nazirliyinin xətti ilə təmaslar planlaşdırılıb”, - deyə M.Zaxarova qeyd edib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət