ABŞ Bakı və Irəvanı bütün mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyə çağırır və Azərbaycanla Ermənistan arasında davamlı sülh qurmağa kömək etməyə davam edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bəyan edib.
“Güc tətbiqi qəbuledilməzdir. Biz bunu fərdi qaydada aydın şəkildə, həm də hər kəsə açıq şəkildə bəyan etdik və şadıq ki, daimi, o cümlədən yüksək səviyyədə qarşılıqlı əlaqəmiz, həmçinin ötən həftə Nyu-Yorkda hər iki ölkə ilə baş tutmuş təmaslar hərbi əməliyyatları dayandırmağa kömək etdi (sentyabrın ortalarında sərhəddə - IF). Biz qarşılıqlı əlaqəni davam edəcəyik və davamlı sülhə nail olmaq üçün lazım olan işi təşviq edəcəyik, çünki bu münaqişənin hərbi yolla həlli ola bilməz”, - “İnterfaks-Azərbaycan” Praysın brifinqdəki sözlərindən sitat gəririr.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Nyu-Yorkda (19 sentyabr - IF) görüşü zamanı tərəflər «irəliləmənin ən yaxşı yolunu müzakirə etdilər» və ABŞ dövlət katibi Antoni Blinken tərəflərə sülh prosesini ayın sonuna qədər necə mühüm dərəcədə irəliləməklə bağlı fikir mübadiləsi aparmağı təklif edib.
Blinkenin tərəflərin sentyabrın sonuna qədər görüşünün təşkili ilə bağlı təklifinə gəldikdə isə, Dövlət Departamentinin nümayəndəsi bəyan edib ki, Bakı və Irəvan görüşü harada və nə vaxt keçiriləcəyini özləri qərara alacaqlar.
“Bunu iki ölkə həll edəcək, amma biz hesab edirik ki, Ermənistan ilə Azərbaycan arasında gələcəkdə birbaşa qarşılıqlı əlaqə yalnız onların deyil, həm də regionun və ondan kənarın maraqlarına cavab verir. Biz kömək təklif etdik, yenə də, ikitərəfli, üçtərəfli, çoxtərəfli səviyyədə və əlbəttə ki, Aİ də mühüm rol oynayır”, - Prays belə hesab edir.
Dünən ABŞ-da Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə keçirilən görüşünə toxunan Prays qeyd edib ki, müntəzəm təmaslar davam etdiriləcək. “Biz həm Azərbaycan, həm də Ermənistan rəsmiləri ilə müntəzəm təmasları dəstəkləyirik. Bu davam edəcək”, - o bəyan edib.
Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, «bizim vəzifəmiz tərəfləri yaxınlaşdırmaq, dialoqu asanlaşdırmaq, tərəflərin fikir ayrılıqlarını birgə aradan qaldırmasına, fikir ayrılıqlarını sülh və diplomatik yolla aradan qaldırmağa kömək etməkdir». **
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət