“Visa” şirkəti Azərbaycanda ilk dəfə ictimai nəqliyyatda təmassız ödənişlər üçün Mobility & Transit Transaction (MTT) texnologiyasını tətbiq edir.
Şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, bu texnologiya sərnişinin ictimai nəqliyyatda gün ərzində etdiyi bütün gedişləri bir əməliyyatda birləşdirməyə və onu günün sonunda sərnişinin hesabından birdəfəlik silməyə imkan verir.
“Hazırda bu xidmət Bakı dairəvi dəmir yolunda tətbiq olunur – onun 14 stansiyasının hamısında təmassız oxuyucu cihazlarla təchiz edilmiş turniketlər quraşdırılıb. Sərnişinlər gediş haqqını bank kartları, eləcə də rəqəmsal pul kisələrinə bağlı olan NFC modullu cihazlar – smartfonlar, ağıllı saatlar və ödəmə üzükləri vasitəsilə ödəyə bilərlər”, - deyə məlumatda bildirilir.
“Visa” bu layihəni “Azərbaycan Dəmir Yolları” (ADY), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı, RBC Group, IBA Group və “AzeriCard” MMC ilə tərəfdaşlıqda icra edib.
“Visa”nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş qeyd edib ki, şirkət Bakıda və ölkənin bütün bölgələrində digər ictimai nəqliyyat növlərində də təmassız ödənişlərin inkişaf etdirilməsini nəzərdən keçirir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət