Vaşinqton Brüssel və digər tərəfdaşlarla birlikdə Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün danışıqları davam etdirməyə çağırır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bəyan edib.
“Azərbaycan və Ermənistanı danışıqlar üçün təkanı saxlamağa çağırmağa davam edirik və bunu Avropa İttifaqı və digər tərəfdaşlarla sıx koordinasiya içərisində davam etdirik”, - Donfrid çərşənbə günü ABŞ Senatının Xarici əlaqələr komitəsində “Cənubi Qafqazda ABŞ-ın siyasətinin qiymətləndirilməsi” mövzusunda keçirilən beynəlxalq dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Ermənistanın “Sovet İttifaqının süqutu zamanı başlayan” münaqişəni dayandırmaq üçün “davamlı sülhün bərqərar edilməsi üçün tarixi fürsət var”.
Donfrrid diqqətə çatdırıb ki, iki dövlətin sərhədində sentyabr toqquşmaları “vəziyyətin qeyri-stabil olması və hərtərəfli və davamlı sülh sazişinin bağlanmasının vacibliyini” xatırladır.
ABŞ dövlət katibinin köməkçisi qeyd edib ki, Vaşinqton münasibətlərin normallaşması üzrə Türkiyə-Ermənistan dialoqunu müsbət qiymətləndirir və bu məsələdə “faydalı rol” oynamağa cəhd edir.
Donfridin rəyinə görə, bu regional sabitliyi artıra, mənfi təsirin qarşısını ala və daha fəal iqtisadi inkişafa səbəb ola bilər, bu gün Ukrayna böhranı fonunda bu “daha da vacibdir”.
“Daha geniş mənada, Ermənistanla Azərbaycan arasında sülhün dəstəklənməsi düzgün istiqamətdir və bizim milli təhlükəsizlik maraqlarımıza cavab verir”, - o vurğulayıb.
Donfridin sözlərinə görə, ABŞ əvvəlki kimi, Azərbaycanda hər iki tərəf üçün prioritet hədəflərin əldə olunmasına sadiqdir, bu isə “təhlükəsizlik, iqtisadi artım, demokratiya və insan haqlarıdır”.
Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq və ABŞ-ın milli təhlükəsizlik prioritetləri barədə söz açarkən o, Xəzərin həyati vacib enerji infrastrukturunun təhlükəsizliyinin gücləndirilməsini qeyd edib.
O əlavə edib ki, Azərbaycanla bu sahədə əməkdaşlıq Xəzərin enerji infrastrukturunun təhlükəsizliyini gücləndirir.
Donfrid həmçinin “Azərbaycan tərəfindən Avropanın enerji təhlükəsizliyinə artan dəstəyini” alqışlayıb. **
R.Kərimov
Azərbaycan yanvar-iyul aylarında 1,6 tona yaxın qızıl ixrac edib
Azərbaycan bankları bu gün valyuta hərracında $29,4 milyon cəlb edib
Bakı və Pekin yük dövriyyəsinin artırılması üzrə addımları razılaşdırıb
XİN-də qanvermə aksiyası keçirilib
DTA: Azərbaycan 2024-cü ildə ölkəyə turist axının 20% artımını gözləyir
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank mebel təchizatı üzrə tender elan edir.
DTA «Xınalıq və Köç yolu» Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr