Dünyada baş verən geosiyasi və geoiqtisadi dəyişikliklər nəqliyyat-logistika və enerji tərəfdaşı kimi Azərbaycana marağı artırıb. Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində, bərpa olunan enerjinin inkişafında və enerji keçidində rolu, habelə ölkənin iqtisadi perspektivləri haqqında “Boston Consulting Group (BCG) Baku”nun rəhbəri, BCG-nın icraçı direktoru və baş tərəfdaşı, EMC[1] regionunda energetika istiqamətinin rəhbəri Kirill Tuişev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində danışıb.
2022-ci ildə şirkətin Bakıda ofisinin açılması nə ilə şərtlənib?
BCG 2023-cü ildə altmış illiyini qeyd edir, lakin gənc və sürətli inkişaf edən şirkət olaraq qalır. BCG-də işlədiyim iyirmi il ərzində şirkət on dəfə böyüdü: indi 50-dən artıq ölkədə 100-dən çox ofisimiz var. Buna baxmayaraq, bu qərar hər zaman çətindir və iki vacib amildən asılıdır.
Əvvəla, Azərbaycanın xeyrinə seçim iqtisadi iqlimlə şərtlənirdi. Biz baxırıq ki, ölkədə böyük müəssisələr, layihələr, ideyalar mövcuddur, xidmətlərimizə tələbat və onun artım potensialı nə qədər böyükdür.
İkinci amil istedadlar bazasının mövcudluğudur. Biz əmin olmalıyıq ki, yerli bazarda istedadlar var, hansılarla birlikdə iddialı artım planlarımızı təmin edə bilərik.
Xəzər və Şərqi Aralıq dənizi bölgəmizə Özbəkistan, İtaliya, Yunanıstan, Türkiyə və İsrail də daxildir. Ofisimiz Azərbaycanda işə yönəlsə belə, biz qlobal şirkətik. Bu o deməkdir ki, əməkdaşlarımız regionun və dünyanın bir çox ölkələrində layihələrdə iştirak edirlər və əksinə, - bizə digər ölkələrdən həmkarlar gəlir.
Azərbaycan iqtisadiyyatının potensialını necə qiymətləndirirsiniz? Siz ölkədə ofis açmaq qərarı vermək üçün xüsusi araşdırma aparmısınız?
Əlbəttə. Biz 2022-ci ilin iyununda BCG ofisini açmışıq, lakin Azərbaycanda tarixçəmiz on il əvvəl başlayıb. Şəxsən mən dörd ildir ki, mütəmadi olaraq bura səfər edirəm. Biz həm şirkətlərin necə işlədiyini, həm də ölkənin potensialının nə qədər yüksək olduğunu başa düşdük. Zənnimcə, Azərbaycan qlobal cəhətdən artım nöqtələrindən birinə çevrilə bilər. Burada neft-qaz sektoru ilə əlaqədar tarixən güclü iqtisadiyyat, yüksək keyfiyyətli enerji resursları var. Dünya indi bir tərəfdən istixana qazlarının tullantılarına qarşı mübarizə aparır, digər tərəfdən isə şübhəsiz ki, onilliklər ərzində neft və qazdan istifadə olunacaq. Beləliklə, Azərbaycan istehsal və emalın ən aşağı karbon izlərindən biri olan karbohidrogenləri tədarük etməklə dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq.
Logistika baxımından Azərbaycan əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Ölkə inkişafını davam etdirdiyi güclü nəqliyyat infrastrukturuna malikdir. Bu səbəbdən ehtiyatları lazım olan yerə daşımaq asandır.
Buna baxmayaraq, zaman keçdikcə qazıntı yanacağından mərhələli imtina edilməsi Azərbaycan iqtisadiyyatının əsasına getdikcə daha çox təzyiq göstərəcək. Şərti olaraq «neft və qazın son onilliklərini» səmərəli idarə etmək lazımdır: karbohidrogenlər sayəsində əldə olunan vəsaitləri yeni artım nöqtələrinin və iqtisadiyyatın yeni sektorlarının yaradılmasına çevirmək. Yeni iqtisadiyyat üçün kadrların yenidən hazırlanması məsələlərinə diqqət yetirmək olduqca vacibdir. Bütün bunlar üçün bütün aspektləri birləşdirəcək və yeni uzunmüddətli rəqabət üstünlüyünü müəyyənləşdirəcək kompleks strategiya lazımdır.
İndi hərəkətə başlamaq üçün yaxşı zamandır. Fix it before it breaks – bu, bir tədqiqatın əsas nəticəsidir. 2000 keysi araşdırdıqdan sonra belə bir nəticəyə gəldik ki, dəyişikliklərin 70%-i baş verən böhrana reaksiya kimi başlayır və yalnız 30%-i preventiv xarakter daşıyır. Lakin uğurlu dəyişikliklərin böyük əksəriyyəti - 70%-i məhz preventivdir.
Dekabrda COP27 Forumu işini başa çatdırıb. Onun yekunlarına dair hansı nəticələr çıxarmaq olar?
Bu suala cavab verməzdən əvvəl qeyd etməliyəm ki, artıq ardıcıl iki ildir ki, BCG COP-un eksklüziv tərəfdaş-məsləhətçisidir və biz, BCG-də əlbəttə ki, bununla fəxr edirik. Forumda mənim üçün əsas odur ki, iqlim probleminin müzakirəsi onun dərk olunmasından zəruri tədbirlərin həyata keçirilməsinə və məsuliyyət zonalarına doğru irəliləyib. Bu, bir sıra mürəkkəb və uzunmüddətli vəzifələri ortaya qoyur. Şarm-əl-Şeyxdə müzakirə olunan ən mürəkkəb mövzulardan biri bu prosesin mümkün qədər ədalətli və inklüziv olması üçün enerji keçidinin düşünülmüş şəkildə idarə olunmasını təmin etmək idi.
«Necə?» sualına cavab vermək hər zaman «nə?» sualına cavab verməkdən daha çətindir. Birbaşa - mümkün deyil. Düşünülməmiş kəskin həllər böyük maliyyə xərclərinə və iş yerlərinin əhəmiyyətli dərəcədə itkisinə səbəb ola bilər. Bundan əlavə, etiraf etmək lazımdır ki, enerji keçidini həyata keçirmək üçün hələ uzun müddət karbohidrogenlərə ehtiyacımız olacaq. Və bu, demək olar ki, ən çətin çağırışlardan biridir. Yeni bir mexanizm icad etmək lazımdır və «one size fits all» universal variantı burada işləmir. Hər bir vəziyyət üçün ölkə, region, sənaye, seqment, təşkilat və s. üçün özünəməxsus, unikal və uyğunlaşdırılmış variant hazırlamaq lazımdır. Beləliklə, tullantılarla bağlı «azaltmaq lazım»dan daha çox mozaik müxtəlif mənzərəyə doğru irəlilədik.
Həmçinin qeyd edim ki, azalan və fərdi istehlak şəraitində bazar sürətlənir və çoxsaylı tələblərə bölünür. Bu o deməkdir ki, 30 il ərzində ödəmə imkanı olan 10 illik nəhəng yataqların işlənməsi kimi böyük layihələrə investisiya qoyuluşlarının davam etdirilməsi çətin olacaq. Kiçik həcmlərlə işləməyi öyrənmək lazımdır.
Ədalətli enerji keçidi yeni iş yerləri, ÜDM artımı və əhalinin sağlamlığının yaxşılaşdırılması da daxil olmaqla böyük iqtisadi imkanlar yarada bilər. Lakin bu da özündə müəyyən risklər daşıyır. Hökumətlər, şirkətlər, investorlar və vətəndaş cəmiyyəti birgə və kompleks şəklində işləməlidir ki, «yaşıl» transformasiyanın hər kəs üçün, xüsusilə cəmiyyətin ən həssas üzvləri üçün sosial imkanları maksimum genişləndirəcəyinə zəmanət versinlər.
Enerji keçidi nə qədər sürətlə davam edəcək və nə vaxt başa çatacaq?
Yenə də bu, müxtəlif ölkələr, müxtəlif sənayelər üçün fərqli olacaq. Belə ki, Norveç üçün bu, 10 il, Hindistan və ya Afrika üçün bir neçə dəfə daha uzun zaman ala bilər. Bundan əlavə, eyni ölkənin daxilində müxtəlif bölgələr, şəhərlər, sektorlar və şirkətlər müxtəlif sürətlərlə irəliləyəcəklər.
Azərbaycanda alternativ energetikanın perspektivləri, enerji keçidi barədə nə demək olar?
Alternativ energetikaya gəldikdə, birincisi, Azərbaycan böyük resurslara malikdir: burada çoxlu külək və çoxlu günəş var. Günəş enerjisinin əsas prinsipi, PPWS – put the panel where it’s sunny, və ya «paneli günəş olan yerə qoy” yaxşı işləyir. Həmçinin alternativ enerji mənbələrindən istifadə edərək bəzi qaz həcmlərini satış üçün ixraca yönəltmək olar.
İkincisi, alternativ enerjinin inkişafı iqtisadiyyat üçün güclü buster olmalıdır, çünki bu, əsaslı tikinti, yeni güclərin yaradılması, istehsalın lokallaşdırılması ilə əlaqədardır. Burada da beynəlxalq maliyyələşmə əlçatan olacaq.
Bu sahədəki son layihələrimizdən aşağıdakıları qeyd etmək olar: Yaxın Şərqdə 100% bərpa olunan enerjidən istifadə edən yeni meqapolisin net-zero konsepsiyasının hazırlanması; Avropa ölkələrindən birinin enerji sektoru üçün 2030 strategiyasının hazırlanması; Qərbi Avropa nazirliyi üçün ekoloji keçid strategiyasının hazırlanması, o cümlədən 2050-ci il konsepsiyasını müəyyənləşdirəcək tədqiqatların, müddəaların və qaydaların şərhi. Bunlar yalnız nümunələrin bir qismidir.
Bu gün enerji keçidi məsələsi dünyanın ən böyük şirkətləri, o cümlədən Azərbaycan şirkətlərinin rəhbərlərinin top-siyahısındadır. Görürük ki, Azərbaycan artıq bir neçə layihəni işə salmaqla bu istiqamətdə hərəkətə başlayıb, lakin sistemli yanaşma yeni infrastrukturun yaradılmasını tələb edəcək. Bu, hər şeydə genişmiqyaslı dəyişikliklər deməkdir: başqa istehlak strukturu, digər yanacaqdoldurma məntəqələri, nəhayət, sonsuz sayda imkan ehtiva edən digər enerji saxlama sistemi. Misal üçün, evlərin istilik itkisindən izolyasiyasının keyfiyyətcə yeni səviyyəsi və ya asfaltın innovativ istehsalı.
Azərbaycan hökumətinə təklif etmək istədiyiniz hazır layihəniz varmı?
Biz işə olan yanaşmamızı bir az fərqli tərtib edirik: biz dünyanı irəliləyə aparanların potensialını açmağa kömək etməyə çalışırıq. Biz hər zaman yeni və böyük işlər görən yerli komandalarla çalışırıq. Sadəcə, kənardan gəlmək və böyük bir layihəni effektiv şəkildə həyata keçirmək mümkün deyil, buna görə də biz lokal komandaların xidmətlərimizə olan əhəmiyyətliehtiyacının dəstəkləndiyi yerdə olacağıq.
BCG Azərbaycanda daha çox dövlət layihələrində və ya özəl şirkətlərlə işləməyi planlaşdırır?
Bütün dünyada böyük infrastruktur layihələri bu və ya digər şəkildə dövlətin iştirakı ilə həyata keçirilir. Biz həm dövlət şirkətləri, həm də özəl şirkətlərlə işləyəcəyik - əhəmiyyətli dərəcədə əlavə dəyər yaradan böyük transformasiya layihələrində zəruri olduğumuz hər yerdə. Əgər kross-funksional mövzulardan danışsaq, burada üç əsas mövzu var - davamlı inkişaf, rəqəmsallaşma və transformasiya. Əsas sənayelər - sənaye istehsalı, enerji, nəqliyyat və logistika, maliyyə xidmətləridir.
Biz o cümlədən önəmli sosial məsələlərə müraciət edirik. Misal üçün, bu, ölkə səviyyəsində kadrların genişmiqyaslı yenidən təhsili üzrə layihələrdir. Beləliklə, insanlar yeni ixtisaslara yiyələnirlər, kadr potensialı isə bir seqmentdən digər, daha perspektivli və tələb olunana yönəlir.
Bu gün konsaltinq sahəsində rəqabət nə dərəcədə sərtdir?
Biz iqtisadiyyatın kifayət qədər inkişaf etmiş və yüksək rəqabətə malik olduğu qlobal sektorlarından birinə malikik. Hesab edirəm ki, bu, bizim uğurumuzun mənbəyidir və məhz böyük üfüqdədir. Biz hər zaman rəqabət mühitində olmuşuq və burada işləməyi bacarmışıq.
BCG Bakı şəhərinin Baş planının hazırlanmasında iştirak edib. Nəqliyyat, avtomobillərin sıxlığı, əhali sıxlığı problemlərinin həlli baxımından şəhərin gələcəyi necə ola bilər?
Siz çox böyük və vacib bir mövzuya toxundunuz. Şəhərlər qloballaşma mərkəzlərinə çevrilir. Əvvəllər böyük şirkətlər əhəmiyyətli insan resursları, ucuz işçi qüvvəsi, məsələn, Çin və ya Hindistana gedirdilər. Və məhsulları oradan istehlak bazarlarına aparırdılar.
İndi isə istehsal getdikcə artır və özəlləşdirilir, ucuz işçi qüvvəsi amili həlledici rol oynamağı dayandırır. Öz növbəsində, COVID-19 pandemiyası bizə öyrətdi ki, hər kəs bir binada oturmaq məcburiyyətində deyil və eyni intellektual, mühəndislik yaradıcılıq işini harada olmağından asılı olmayaraq həyata keçirmək olar. Buna görə indi qlobal olaraq şəhərlər ön plana çıxır. Belə ki, insanlar ABŞ-a getmir - onlar Silikon Vadisinə gedirlər. Maraqlıdır ki, indi iqtisadi artımın dörddə üçü və yeni iş yerlərinin böyük hissəsi məhz şəhərlərdə yaradılır.
Şəhərin cəlbediciliyi bir çox amillərlə müəyyən edilir: nəqliyyat və logistika rahatlıqları, təhlükəsizlik səviyyəsi, ailələr və idman üçün infrastrukturun mövcudluğu, mədəniyyət həyatı, biznes aparmaq rahatlığı, maliyyə xidmətləri və s. Bəli, yəqin ki, Bakıda bir çox şəhərlərdə olduğu kimi, həll edilməli çağırışlar var. Lakin artıq bir çox işlər görülüb və yaxşı görülüb. Burada gözəl parklar, kifayət qədər rahat infrastruktur var. Bəlkə də vəzifə təkcə şəhərin deyil, bütövlükdə ölkənin rəqabət üstünlüklərini yaxşılaşdırmağa davam etməkdir. Cazibədar meqapolislər istedadlar üçün maqnitə çevrilir və bu bütün dövrün başlanmasına təkan verir: istedadlı insanlar gəlirlər, yeni ideyalar, yeni müəssisələr yaradırlar və beləliklə, şəhər və ölkə iqtisadiyyatına təsir göstərirlər.
İndi Bakıda İT mütəxəssislərinin axınını görürük. Sizcə, bu tendensiya gələcəkdə də davam edəcək və ya xaricə axın baş verəcək?
Mən buna fərdi vəziyyətdən çox daha geniş nöqteyi-nəzərdən baxardım. Bu cür dalğalanmalar cari trenddən ölkənin uzunmüddətli perspektivdə cəlbediciliyini yaratmaq üçün istifadə edib-etməmək barədə düşünməyə məcbur edir. Əminəm ki, Azərbaycan regionu və Asiya ölkələri hazırda böyük potensiala malikdir, bu, təkcə ondan ibarət deyil ki, insanlar bu və ya digər ölkənin ərazisinə gəlib bizneslə məşğul ola bilsinlər. Pandemiyadan sonra kovorkinq üçün meydançalar çoxalıb, Dubay və Sinqapurdan Berlin və Londona qədər rəqəmsal hablar inkişaf etdirilir.
Hazırda 30-a yaxın ölkə dünyanın istənilən yerindən məsafədən işləyən rəqəmsal mütəxəssislər üçün xüsusi proqramlar təklif edir. Buna misal olaraq "rəqəmsal köçərilər" üçün Məkkə adlanan Portuqaliyanı qeyd etmək olar. Son on il ərzində Portuqaliya rəqəmsal infrastruktura investisiya, sadələşdirilmiş viza rejimi, vergi stimulları (vergi 5%), mənzil axtarış xidmətlərinin mövcudluğu və informasiya portalları da daxil olmaqla onlar üçün məqsədyönlü şəkildə cəlbedici şərait yaradıb. Buna yumşaq iqlim, yerli əhalinin mehribanlığı və müxtəlif mədəni-sosial istirahət və idman imkanlarını əlavə edin. Rəqəmsal köçərilərlə birlikdə ölkəyə yeni birbaşa investisiyalar cəlb olunur, çoxsaylı xidmətlərdə yeni iş yerləri yaradılır.
Yeni iqtisadi reallığı adi insan həyatına daxil etməyi öyrənmək vacibdir. Məsələn, bu yaxınlarda işlərimlə əlaqədar Lissabonda oldum və köhnə şəhərin mərkəzindən keçərkən kafenin qapısındakı lövhəni gördüm, qeyd olunmuşdu ki, onların vay-fay və covorkinq yerləri var. Şəhərin mərkəzində sizin əlavə xoş bonuslarınız var: işləyə və gözəl memarlığa baxa bilərsiniz, rahat bir kafedə nahar edə bilərsiniz, mərkəzdən şəhərin istənilən rayonuna getmək sizin üçün rahatdır. Mən burada yeni iqtisadiyyatı şəhər mühitinə daxil etmək cəhdini görürəm.
Mədəni-tarixi dəyər və ekologiya kimi amillər rəqəmsal istedadlar üçün də vacibdir. Onlar yeni tikili binalara, hansısa cansız yerlərə getmək istəmirlər. Zənnimcə, Bakı və bütövlükdə region bu baxımdan böyük üstünlük və potensiala malikdir.
Müsahibəyə görə təşəkkür edirik.
Söhbət etdi Bəhram Rüstəmbəyov
[1] EMC – Eastern Mediterranean Caspian region: Azərbaycan, Özbəkistan, Qazaxıstan, İtaliya, Yunanıstan, Türkiyə, İsrail.
**
Əliyev və Zelenski regional təhlükəsizliyi, təhdidləri və əməkdaşlığı müzakirə ediblər
Azərbaycan XİN Ermənistanı sülh prosesini pozmağa xidmət edən fəaliyyətdə ittiham edib
Azərbaycan və Türkmənistan əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib
I yarımillikdə Azərbaycan bankları MKOS subyektlərinə verilən kreditlərin həcmini 11% artırıb
AMB: I yarımillikdə Azərbaycanın bank sisteminin CAR göstəricisi 18.5%-dək azalıb
AMB: Bank sisteminin ROA göstəricisi pandemiyadan sonrakı dövrdə ən yüksək həddindədir
Sentyabrda dövlət sərhədini pоzmuş 52 nəfər saxlanılıb
Gəncə Şəhər İcra Hakimiyyəti İdman Sarayı üçün 16,3 milyon manatlıq avadanlıq alır
Paşinyan Azərbaycanla “dönüş sənədi”ni imzalamağa hazırdır
Serdar Kılıç: “Parisin mövqeyi Cənubi Qafqazda vəziyyətin normallaşması səylərinə ziyan vurur”
Peskov Türkiyədə ABŞ və Aİ ilə Qarabağla bağlı danışıqların aparıldığını təsdiqləyib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr