Türkiyənin Ceyhan terminalında Azərbaycan neftinin tankerlərə yüklənməsi bərpa edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BP şirkətindən məlumat verilib.
“Ceyhan terminalında Azərbaycan neftinin tankerlərə yüklənməsi bazar günü günorta saatlarında bərpa edilib”, - deyə məlumatda bildirilib.
Xəbər verildiyi kimi, fevralın 6-da Türkiyənin cənubunda baş vermiş zəlzələdən sonra Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı davam etdirilsə də, Ceyhan terminalında tankerlərə yüklənməsi müvəqqəti olaraq dayandırılmışdı. Malgöndərənlər terminaldakı fors-major vəziyyət barədə məlumatlandırılmışdı.
“Mümkün ziyan qiymətləndirildikdən, lazımi təmir işləri aparıldıqdan və yanalma qurğularının tam təhlükəsizliyi yoxlanıldıqdan sonra neftin yüklənməsi əməliyyatları bərpa edilib”, - deyə məlumatda qeyd olunub.
Ceyhan terminalının fəaliyyəti Türkiyədə son məlumatlara görə təxminən 30 min nəfərin həlak olduğu zəlzələdən sonra dayandırılmışdı.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət