Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako bildirib ki, fevralın 27-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə enerji sahəsində 3 iri layihə, o cümlədən Moldovaya qaz tədarükü müzakirə edilib.
“Birinci layihə 1 milyard kubmetr qazın alınmasına (Rumıniyanın Azərbaycandan – İF) dair müqavilə ilə bağlıdır. Bu müqavilə aprel ayından başlayaraq bir il ərzində (2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər - İF) həyata keçiriləcək. Mən təklif etdim ki, bu müqavilə ilə biz Moldovaya da kömək edək və Prezident Əliyev təklifimizi dəstəklədi”, - deyə o, Facebook səhifəsində yazıb.
Deputatlar Palatasının sədri qeyd edib ki, ikinci layihə SOCAR və “Romgaz” arasında Qara dənizdə iki terminalın tikintisi üzrə tərəfdaşlıq çərçivəsində Rumıniyaya maye qazın tədarükünü nəzərdə tutur.
Üçüncü layihə yaşıl enerjinin Qara dənizin dibi ilə, Rumıniya ərazisindən çatdırılması üçün sualtı kabel infrastrukturunun inkişaf etdirilməsini nəzərdə tutur. “Bu gün “Transgaz” və “Transelectrica” şirkətlərinin mütəxəssisləri (Bakıda səfərdə olan Rumıniya nümayəndə heyətinin tərkibinə daxildirlər) Azərbaycan tərəfi ilə texniki məsələləri müzakirə edəcəklər”, - deyə Çolako vurğulayıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət