2022-ci ildə “İpək Yolu Sığorta” şirkətinin xalis mənfəəti 726,027 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ildə sığorta şirkətinin mənfəəti 971,053 min manat təşkil etmişdi. Beləliklə, 2022-ci ildə şirkətin mənfəəti 25,2% azalıb.
Şirkətin 2022-ci il üzrə maliyyə hesabatına əsasən, onun gəlirləri 20 milyon 589,489 min manat, o cümlədən sığorta haqları 20 milyon 526,223 min manat (artım 31,2%), investisiya gəlirləri 446,844 min manat, sığorta ehtiyatları üzrə zərər 530,2 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2022-ci ildə şirkətin xərcləri 19 milyon 681,955 min manat, o cümlədən sığorta ödənişlərinin həcmi 184,315 min manat (azalma 14,7 dəfə), qaytarılan sığorta haqları 226,946 min manat, sığorta işinin aparılması xərcləri 1 milyon 720,839 min manat, təkrarsığortaya verilmiş risklər 17 milyon 524,674 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə şirkətin aktivləri 35,1% artaraq 32 milyon 238,406 min manat, öhdəlikləri 2,3 dəfə artaraq 16 milyon 687,849 min manat, kapitalı isə 7,1% azalaraq 15 milyon 550,557 min manat olub.
Ötən il şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi dəyişməz olaraq qalıb (7,9 milyon manat).
“İpək Yolu Sığorta” şirkəti 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 14 milyon 77 min manata bərabərdir.*
X.Nəsirzadə
Bayramov Skopye şəhərinə səfərə yola düşüb
Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib
Əliyev Təhlükəsizlik Şurasının katibi xidmətinə şöbə müdiri təyin edib
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
“Azərsu” İsmayıllıda bir neçə kəndin su təchizatının yaxşılaşdırılması üçün podratçı seçir
Qüdsdə atışma nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb
Şərti sərhəddə Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü başlayıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və NEQSOL Holding Anlaşma Memorandumu imzalayıb
Yelo Bank-ın “Yelaw Boot Camp” proqramının iştirakçıları seçildi
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək