2022-ci ildə “PAŞA Həyat Sığorta” şirkətinin xalis mənfəəti 39 milyon 527 min 47,49 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2021-ci ildə sığorta şirkətinin xalis mənfəəti 17 milyon 714 min 203,39 manat təşkil etmişdi. Beləliklə, 2022-ci ildə şirkətin xalis mənfəəti 2,2 dəfə artıb.
Şirkətin auditor rəyi ilə təsdiq edilmiş 2022-ci il üzrə maliyyə hesabatına əsasən, onun gəlirləri 324 milyon 825 min 24,99 manat, o cümlədən sığorta haqları 413 milyon 228,116 min manat (artım 32,3%), investisiya gəlirləri 24 milyon 588,797 min manat, xalis sığorta ehtiyatları üzrə zərəri 113 milyon 448,205 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2022-ci ildə “PAŞA Həyat Sığorta” şirkətinin xərcləri 273 milyon 272 min 644,18 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 215 milyon 366,25 min manat (artım 5,1%), sığorta işinin aparılması xərcləri 43 milyon 876,134 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 51 milyon 552 min 380,81 manat, mənfəət vergisi üzrə ödənişləri 12 milyon 25 min 333,32 manat təşkil edib.
2022-ci ildə şirkətin aktivləri 40,4% artaraq 552 milyon 463,789 min manat, öhdəlikləri 44,5% artaraq 472 milyon 686,74 min manat, kapitalı isə 20% artaraq 79 milyon 777,049 min manat olub.
Ötən il şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 26,5% - 103 milyon 639,775 min manata qədər artıb.
“PAŞA Həyat Sığorta” şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”, nizamnamə kapitalı 40,25 milyon manatdır. “PAŞA Həyat Sığorta” şirkəti sığorta haqları və sığorta ödənişlərinin həcminə görə bazarda liderdir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət