İqtisadiyyat naziri Mikayıl Cabbarov aprelin 28-də Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanovla görüşüb.
“Görüşdə Minnixanov Azərbaycan və Tatarıstan arasında investisiya və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb”, - deyə Tatarıstan rəisinin mətbuat xidmətindən bildirilib.
Beynəlxalq əməkdaşlığa toxunan Minnixanov Kazanda Qazaxıstan, Özbəkistan və Türkmənistanın baş konsulluqlarının açıldığını xatırladıb.
“Kazanda Azərbaycan Respublikasının da baş konsulluğunun açılması ilə bağlı təklifimizin nəzərdən keçirilməsindən şad olarıq”, - deyə o qeyd edib.
Məlumata görə, ötən ilin yekunları üzrə Tatarıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi $125 milyonu ötüb.
“Aparıcı sənaye müəssisələri və şirkətlərinin xətti ilə fəal iş gedir. Tatarıstan Azərbaycana kənd təsərrüfatı, əczaçılıq, kağız məhsulları və s. ixrac edir. Öz növbəsində, Azərbaycandan neft məhsulları, minerallar, meyvə-tərəvəz məhsulları idxal edilir. Volqa-Xəzər hövzəsinin nəqliyyat və logistika imkanlarından daha fəal istifadə etmək vacibdir”, - deyə Minnixanov bildirib.
O, Azərbaycanla əməkdaşlıq üçün ilk növbədə, iqtisadiyyat sahəsində böyük imkanların olduğunu vurğulayıb.
“Energetika və sənaye, maşınqayırma, gəmiqayırma, neft-kimya, tibb, kənd təsərrüfatı, xüsusi iqtisadi zonaların inkişafı, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi nəzərdə tutulur. Respublikamız investisiyalar, innovasiyalar üçün açıqdır, xarici şirkətlərin ölkə bazarına giriş nöqtəsidir”, - deyə Tatarıstan rəisi vurğulayıb.
O, həmçinin Azərbaycanı “Rusiya – İslam dünyası” Strateji Baxış Qrupunun işində, eləcə də azərbaycanlı həmkarları bu il mayın 18-19-da keçiriləcək “Rusiya – İslam dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumunda iştirak etməyə dəvət edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət