Hesablama Palatası 2022-ci ildə dövlət müəssisələrinə subsidiyaların 25% - 697,5 milyon manata qədər artdığını qeyd edir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Hesablama Palatasının 2022-ci il dövlət büdcəsinin icrasına dair rəyinə əsasən, hesabat ilində dövlət büdcəsində subsidiyalar üzrə 1 milyard 401,7 milyon manat məbləğində vəsait icra edilib ki, bu da 2021-ci ilin icrası ilə müqayisədə 1,2% çoxdur. Dövlət müəssisələrinə subsidiyalar 697,5 milyon manat (+25%) təşkil edib.
Ötən il dövlət müəssisələrinə subsidiyaların əhəmiyyətli artımı nəticəsində bu subsidiyaların cəmi subsidiyalarda payı 9,5 faiz bəndi artaraq 49,8%-ə yüksəlib.
2022-ci ildə qeyri-dövlət müəssisələrinə subsidiyalar 26,6% azalaraq 82,3 milyon manat, hüquqi şəxslərə subsidiyalar isə 13% azalaraq 621,9 milyon manat təşkil edib.
Aparılan təhlillər dövlət müəssisələrinə subsidiyalar üzrə qeydə alınmış artımın əsasən publik hüquqi şəxslərə, “Azərkosmos” ASC-yə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə, “Bakı Metropoliteni” QSC-yə və işğaldan azad edilmiş ərazilərdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saxlanılmasına ayrılan subsidiyalarla bağlı olduğunu göstərir.
Eyni zamanda, təhlillər göstərir ki, bəzi hallarda yönəldilmiş subsidiya məbləğləri istifadəsiz saxlanılır. “Məsələn, dövlət büdcəsinin icrası barədə məlumatlarda “Azərbaycan Hava Yolları” QSC-yə fəaliyyətinin təmin edilməsi üçün 89,5 milyon manat məbləğində vəsait ayrıldığı və tam məbləğdə icra olunduğu göstərilib. Qurumdan təqdim edilmiş məlumatlara əsasən isə hesabat ilində faktiki olaraq 63,1 milyon manat məbləğində vəsait xərclənib və 2022-ci ilin sonuna 26,4 milyon manat Səhmdar Cəmiyyətin bank hesabında qalıb”, - deyə Hesablama Palatası vurğulayır.
Hesablama Palatası qeyd edir ki, bir çox dövlət şirkətləri ayrılan subsidiyaları təyinatı üzrə istifadə etmir.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət