“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil olunan mənfəət neftinin təxminən 60%-i Azərbaycanın payına düşüb. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bəyan edib.
“1 may 2023-cü il tarixinə olan vəziyyətə görə, AÇG-dən ümumilikdə 573 milyon ton neft və 208 milyard kubmetr səmt qazı hasil olunub. Həmçinin, 340 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşüb, bu da layihə çərçivəsində hasil edilən bütün neftin təxminən 60%-ni təşkil edir”, - Yusifzadə cümə günü Bakı Enerji Forumunda bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, hazırda AÇG-dən orta gündəlik neft hasilatı 50 min ton neft və 36 milyon kubmetr qaz təşkil edir.
Yusifzadə ixraca toxunaraq qeyd edib ki, bu günə Azərbaycandan neft ixracının ümumi həcmi 654 milyon ton təşkil edir. “Bunun 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracın payına düşür”, - o əlavə edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Layihə çərçivəsində BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət