2023-cü ilin may ayında Azərbaycanda inflyasiya aprel ayında qeydə alınmış 0,3% səviyyəsində inflyasiyaya qarşı 0,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Mayda respublikada inflyasiya 0,4% təşkil edib. Ərzaq məhsulları, içkilərin qiymətləri 1,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0.3% bahalaşıb”, - Komitədən bildirilir.
2022-ci ilin may ayı ilə müqayisədə 2023-ci ilin may ayında inflyasiya 11,5% təşkil edib. May ayında ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 12,7%, qeyri-ərzaq malları – 10,7%, xidmətlər – 10,5% bahalaşıb.
Statistik məlumatlara görə, mayda ət və ət məhsulları 0,8%, süd məhsulları 0,1%, mürəbbə, bal, şokolad və konfetlər – 0,1%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2% bahalaşıb.
Hesabat ayında meyvə və tütün məmulatlarının qiyməti dəyişməyib.
Mayda çörək və çörək məmulatları, yarmalar 0,4%, balıq və balıq məhsulları – 0,6%, yumurta – 1,4%, kərə və bitki yağı – 0,8%, tərəvəz – 8,4%, spirtli içkilər – 0,1%, çay, kofe və kakako – 0,1% ucuzlaşıb.
Statistik məlumatlara əsasən, mayın sonuna orta illik inflyasiya aprelin sonuna 13,5%-ə qarşı 13,1%-dək azalıb. Həmçinin, ərzaq mallarına qiymətlərin orta illik artımı 15,8%, qeyri-ərzaq mallarına – 11,6%, xidmətlərə - 10,6% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 10,4% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət