Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin II rübündə bank müştərilərinin kredit resurslarına tələbinin artım tendensiyasını qeyd edir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, 2023-cü ilin yanvar-mart ayları üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri AMB-nin saytında dərc olunub.
“Sorğu nəticələrinə əsasən 2023-cü ilin I rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam edib. Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meyilləri nəzərə çarpıb”, - deyə AMB vurğulayır.
Son rübdə banklar biznes kreditləri üzrə qısamüddətli və milli valyutada verilən kredit şərtlərində yumşaltmanı azaldıb, o cümlədən, xarici valyutda verilən kredit şərtlərində isə daha da sərtləşməyə gedib.
Banklar 2023-cü ilin II rübündə biznes və istehlak portfelləri üzrə kredit standartlarında yumşalma tendensiyasında səngimənin davam edəcəyi qənaətindədir. Sorğuya əsasən banklar 2023-cü ilin II rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyir.
Yanvar-mart aylarında yumşalma KOS və iri sahibkarlara verilən kreditlər üzrə olub.
Cari ilin ilk rübündə istehlak kreditlərinin təsdiqi standartlarının yumşaldılması səngiyib. Səngimə əsasən əməkhaqqı kreditləri və kredit kartları üzrə olub.
2023-cü ilin I rübü ərzində istehlak və ipoteka kreditləri üzrə tələbin artması müşahidə edilib.
Sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət