Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Azərbaycana Britaniya investisiyalarının cəlb edilməsinə dəstək göstərməyə hazır olduğunu bildirib. O, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayevlə görüşdə deyib.
AZPROMO-dan verilən məlumata görə, səfir Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki layihələrdə iştirak etdiyini bildirib. O, daha çox şirkətin sözügedən ərazilərə cəlb edilməsinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Öz növbəsində, Abdullayev agentliyin fəaliyyət istiqamətləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və logistikanın subsidiyalaşması haqqında danışıb. Ticarət və investisiya sahələri ilə yanaşı, təhsil, kibertəhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında da birgə fəaliyyət üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Bununla yanaşı, sözügedən iqtisadi potensialın reallaşdırılması çərçivəsində Böyük Britaniya Ticarət Palatasının ölkədəki fəaliyyətinin rolu vurğulanıb.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət