“Glass Vay” şirkəti “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərini alıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, “Qaradağ Şüşə Zavodu” ASC-nin səhmlərinin 85%-nin satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi “Glass Vay” şirkəti olub.
Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir.
Proqram çərçivəsində sobanın və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidənqurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.
“Qaradağ Şüşə Zavodu” ASC Bakı şəhəri, Qaradağ rayonunda yerləşir. Şirkət şüşə qablar (müxtəlif ölçüdə butulka, banka və s.) istehsal edir.
Müəssisənin nizamnamə kapitalı 35 milyon 950,630 min manat, buraxılmış səhmlərin sayı 17 milyon 975,315 min ədəddir. Zavod 2008-ci ildə işə salınıb, ekoloji vəziyyəti qənaətbəxş qiymətləndirilir. Müəssisədə 209 nəfər çalışır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət