“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi 2023-2024-cü illərdə SOCAR-ın gəlirlərini ildə 80-90 milyard manat səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi “Moody`s”in məlumatına istinadən bildirir ki, SOCAR-ın gəlirləri 2021-ci ildə 56%-lik artımdan sonra 2022-ci ildə 54% - 119 milyard manata qədər ($70 milyard) artıb.
Düzəliş edilmiş EBITDA 2022-ci ildə 14 milyard manata ($8 milyard) yüksəlib ki, bu da 2021-ci ildəki 7 milyard manat və 2017-20-ci illərdəki orta hesabla 4 milyard manatdan rekord həddə çatıb.
“2023-2024-cü illərdə şirkətin gəlirlərinin “Moody`s”in neft qiymətləri ilə bağlı proqnozlarına əsasən ildə 80-90 milyard manata qədər azalacağı ehtimal olunur. Bu dövrdə EBITDA ildə təxminən 10 milyard manat təşkil edəcək ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə az, 2017-2021-ci illərə nisbətən isə çoxdur”, - deyə agentlik vurğulayır.
Agentlik qeyd edir ki, SOCAR son zamanlar strateji və maliyyə idarəçiliyində daha çox nizam-intizam nümayiş etdirir. Bu, 2021-2022-ci illərdə yüksək maliyyə göstəriciləri ilə yanaşı, pul vəsaitlərinin müsbət generasiyasına səbəb olub.
Şirkət 2019-2020-ci illərdə pul vəsaitlərinin mənfi generasiyasından sonra 2021-ci ildə 2,6 milyard manat və 2022-ci ildə 6,8 milyard manat həcmində sərbəst pul axını (FCF) qeydə alıb. “Moody`s” SOCAR-ın növbəti 12-18 ay ərzində müsbət sərbəst pul axınını saxlayacağını gözləyir, baxmayaraq ki, onun həcmi şirkət tərəfindən investisiya proqramının yerinə yetirilməsindən, neft-qaz bazarındakı şəraitdən və səhmdarların strateji qərarlarından asılıdır”, - deyə agentlik vurğulayır.
“Moody`s”, həmçinin şirkətin likvidlik göstəricilərinin də yaxşılaşdığını qeyd edir. “2022-ci ilin sonuna 12,5 milyard manat məbləğində qalıq pul vəsaitləri və 2023-2024-cü illərdə proqnozlaşdırılan təxminən 4-5 milyard manat məbləğində pul vəsaitlərinin generasiyası bu dövr ərzində 11,2 milyard manat həcmində borcun ödənilməsi üçün kifayət edəcək”, - deyə agentlik qeyd edir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət