Zəngəzur dəhlizinin yaradılması layihəsi strateji məsələdir və reallaşdırılmalıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə hesab edir. “Quru və dəmir yolları ilə (Zəngəzur dəhlizi) Naxçıvan və Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqə qurmaq layihəsi münasibətlərimizi (Bakı və Ankaranın - İF) daha da gücləndirəcək. Bu səbəbdən, bu koridorun açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Türkiyə və Azərbaycan üçün çox önəmli olan bu koridorun açılması strateji məsələdir və reallaşmalıdır”, - Ərdoğan Naxçvandan qayıtdıqdan sonra Türkiyə jurnalistlərə müsahibəsində bildirib. Türkiyə prezidenti deyib ki, Zəngəzur dəhlizi açıldığında Bakıdan yola çıxan avtomobillər/qatarlar birbaşa Türkiyənin Qars vilayətinə gələ biləcək.
O, həmçinin qeyd edib ki, Zəngəzur və Laçın nəqliyyat marşrutlarını “sülh koridorlarına” çevirmək zəruridir.
"Bizim arzumuz - bu yolları sülh dəhlizlərinə çevirərək açmaqdır. Müharibənin hələ də üstünlük təşkil etdiyi dəhlizi təsəvvür etmək mümkün deyil. Buna görə, biz həm Zəngəzur, həm də Laçın marşrutlarını sülh koridorları kimi nəzərdən keçirmək istəyiriksə, bu məsələni münaqişəsiz və səs-küy olmadan həll etməliyik", - Türkiyə prezidenti əlavə edib.
O, Zəngəzur dəhlizinin dəmir yolu seqmenti barədə söz açaraq bildirib ki, Türkiyədən hərəkət edən qatar bu dəhlz ilə Naxçıvan və Ermənistan ərazisindən keçməklə Azərbaycana yola düşəcək
"Əgər Ermənistan (layihəyə kömək etməsə - İF), hara gedəcək? O (Zəngəzur dəhlizi - İF) İrandan keçəcək. Bu məsələdə İran tərəfindən müsbət siqnallar görmək sevindiricidir. Çünki İran tərəfindən müsbət siqnallar varsa, bu o deməkdir ki, (Türkiyə və Naxçıvandan - İF) İrana və daha sonra Azərbaycana keçid imkanı yaradıla bilər", - Ərdoğan deyib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət