Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsinə başlayıb.
Cümə axşamı qurumdan jurnalistlərə bildirilib ki, özəlləşdirmə komissiyası müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin inventarlaşdırılmasını aparıb və onun 17 milyon 59 min manat məbləğində nizamnamə kapitalı müəyyən olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, “Bakı Mərmər Qranit”in icraçı direktoru Müşviq İbadov bildirib ki, COVID-19 pandemiyasının pik dövründə fəaliyyətini dayandırmış müəssisədə avadanlıqların bərpası istiqamətində müəyyən işlər həyata keçirilib.
“Müəssisədə mərmər və qranitin kəsilməsi, cilalanması və digər proseslər həyata keçirilə bilər. Burada Türkiyə, Almaniya, Rusiya, İtaliya və Çindən alınmış avadanlıqlar quraşdırılıb”, - deyə o qeyd edib.
Müəssisənin illik istehsal gücü 300 min kv.m təşkil edir.
M.İbadovun sözlərinə görə, hazırda müəssisədə 45 nəfər çalışır. Gələcəkdə iş yerlərinin sayı 210-a çatdırılacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət